Azərbaycanda maşınların qiyməti düşdü - CƏDVƏL

20 May 2015 11:19

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycana avtomobil idxalı azalıb.

Ancaq burada təəccüblü bir şey yoxdur və hər şey gözlənilən idi. 2014-cü ilin aprel ayından Avro-4 ekoloji standartlarının tətbiqinə başlanılıb. Standartlara əsasən, ölkəyə yalnız 2005-ci ildən sonrakı illərdə Avropa Birliyində istehsal olunmuş, 2004-cü ildən sonra ABŞ-da istehsal olunmuş, 2011-ci ildən sonra Yaponiya və Çində istehsal olunmuş, 2009-cu ildən sonra Türkiyədə, 2013-cü ildən sonra Rusiyada, 2012-ci ildən sonra Özbəkistanda, 2014-cü ildən sonra Qazaxıstanda istehsal olunmuş avtomobillərin idxalına icazə verilir.

Bu ilin fevralında manatın devalvasiyasından sonra isə maşın bazarında sönüklük müşahidə edilir. Milli.Az xəbər verir ki, ötən şənbə günü Bakının maşın bazarına yollanan Day.Az saytının əməkdaşı qiymətlərin düşdüyünü müşahidə edib.

Satıcılar deyiblər ki, artıq üç aydır ki, gətirdikləri maşınları sata bilmirlər. Vasif adlı maşın tacirinin sözlərinə görə, fevral ayında 25 min dollara aldığı avtomobili indi 21 min dollara da sata bilmir. Bəzi satıcılar müflis olduqlarına görə, əllərindəki avtomobilləri bazar qiymətindən xeyli ucuz qiymətə satırlar.

Satıcıların sözlərinə görə, mart ayından sonra bazarda alıcıların da sayı azalıb. Orada artıq 6-7 aydır ki, alıcısını gözləyən avtomobillər dayanıb.

Mayın 16-sı üçün maşın bazarındakı qiymətlərlə isə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Avtomobilin

Markası

İstehsal ili

Qiyməti

1

Hyundai (ix 35)

2011

20 500 $

2

Volkswagen (Passat)

2012

21 000 $

3

Mercedes (E 350)

2007

24 000 $

4

Hyundai (SantaFe)

2006

23 500 $

5

Mitsubishi (Airtrek)

2004

9 000 $

6

KİA (Optima)

2013

23 800$

7

KİA (Sportage)

2007

14 000$

8

Nissan (X-Trail)

2003

12 000 $

9

Opel (Vectra)

1999

4 500$

10

Porsche (Cayenne)

2007

36 000 $

11

Ssang Yong (Rexton)

2006

14 500 $

12

Toyota (Prado)

2010

29 500$

13

Chevrolet (Aveo)

2012

11 000 $

14

Honda (CR-V)

2008

15 500$

15

Lexus (RX 330)

2004

14 000 $

16

Scoda (Octavia)

2010

13 000 $

17

Tofas (Sahin)

2003

4 500 $

18

BMW (X5)

2008

34 000 $

19

Audi (A4)

2007

13 000 $

20

Chery (Tiggo)

2013

10 000 $

21

ВАЗ (2107)

2004

4 800 $

22

ВАЗ (2121)

2010

5 000 $

23

Lifan (520)

2008

6 000 $

24

Hummer (H3)

2006

19 000 $

25

Subaru (Forester)

2012

21 000 $

Milli.Az