Nazir: "Xarici təsirlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı son 10 ildə orta hesabla illik 10% artıb"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan gələcək inkişafını təmin etmək üçün başqa artım modellərindən istifadə edir"
"Yüksək templə inkişaf edən Asiya regionun iqtisadiyyatında son 20 ildə illik 6%-lik artım müşahidə olunub".
APA-nın xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində "İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi" mövzusunda keçirilən seminarda Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov bildirib ki, Asiya ölkələrində iqtisadi inkişafa nail olmaq üçün müxtəlif modellərdən istifadə olunur: "Məsələn, bəzi ölkələrdə ucuz işçi qüvvəsindən istifadə olunur. Azərbaycanda isə zəngin təbii resurslar istifadə olunur ki, bu da iqtisadiyyatı irəli aparır. Lakin daxili və xarici mühit çox dəyişkəndir. Asiya öz artım modellərinə yenidən baxmalıdır. Azərbaycan da bu məsələdə istisna deyil. Son 10 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb. Bu cür artıma təbii resurslar hesabına nail olunub. Azərbaycan iqtisadiyyatı son 10 ildə orta hesabla illik 10% artıb. Bununla yanaşı, xarici təsirlərə də məruz qalıb. Hazırda təbii ehtiyatların qiymətinin dəyişməsi və tükənməsi kimi amillər mövcuddur".
Nazir qeyd edib ki, bu cür amillər nəzərə alınaraq, Azərbaycan gələcək inkişafını təmin etmək üçün başqa artım modellərindən istifadə edir. "Biz "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasını qəbul etmişik. Bu modeldə əsas prioritet kimi iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun diversifikasiyasını nəzərdə tutulur. Biz bu istiqamətdə kifayət qədər uğurlu iş aparırıq. Bunun nəticəsidir ki, son 3 ildə qeyri-neft sektorundan artım neft sektorundakından yüksək olub. ÜDM məhz qeyri-neft sektorun və sərmayə hesabına artıb. Azərbaycan bu məsələ ilə bağlı haqlı çıxış yolu tapmağa çalışır. Azərbaycan xarici ölkələrin təcrübəsini öyrənərək bu düzəlişləri icra etməyə çalışır", - deyə S. Şərifov qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan həm siyasi, həm də makroiqtisadi sabitliyi qoruyub saxlamalıdır.
"Eyni zamanda, biz biznes sahəsinin davamlı inkişafını təmin etməliyik. O cümlədən, təhsilə sərmayə yönəldilməsinə çalışmalıyıq. İqtisadiyyatımızın diversifikasiyasında kənd təsərrüfatı, İKT, turizm və xidmət sahələri prioritet sahələrdəndir. Asiya iqtisadiyyatı ilə rəqabət aparmaq bəzən bizi çətin vəziyyətdə qoyur. Çünki bu ölkələrdə ucuz işçi qüvvəsi mövcuddur. Buna görə də biz resurslardan düzgün istifadə etməliyik", - deyə S. Şərifov vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar





