Norveçin ən önəmli sənaye sahəsi neft sektorudur. Ölkədə ÜDM-nin 21,5%-i, bütün ixracatın isə demək olar ki, yarısı - 48,9%-i neft sektorunun payına düşür. Norveç 2013-cü ildə ən böyük neft istehsalçıları arasında 15-ci, ən böyük neft ixracatçıları arasında isə 11-ci yeri tutub. Ölkə eyni zamanda Qərbi Avropanın ən böyük neft istehsalçısıdır.
Ona görə də, mühüm bir milli resurs hesab olunan neft Norveçdə iqtisadiyyatın əsasını təşkil edir, ancaq Böyük Britaniyada olduğu kimi burda da vəziyyət əvvəlki kimi yaxşı deyil. Əsrin əvvəlindən bu yana 2001-ci ildə bir gün üçün 3,5 milyon barrel olan istehsal səviyyəsi 2014-cü ildə 1,9 milyon barrelə düşüb.
Norveç Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv deyil və prinsip etibarilə, neft qiymətlərini mövcud bazar əsasında müəyyənləşdirir. OPEC-in faktiki olaraq qiymətlərin qlobal səviyyədə müəyyənləşdirilməsi hüququ olması ilə Norveç əslində kartelin qiymət qoyulması ilə bağlı qərarlarına tabe olaraq qalır. Beləliklə, neft qiymətlərinin dəyişkənliyi Norveçə də təsir göstərir və bu təsir sektorun strukturu və Norveç iqtisadiyyatındakı rolu ilə əlaqədar olaraq cəmiyyətin bütün sahələrinə yayılır.
2014-cü ilin iyun ayından bəri neft qiymətlərinin kəskin şəkildə düşməsi, əlbəttə ki, Norveçə əhəmiyyətli dərəcədə təsir göstərib. Norveçin Mərkəzi Statistika Bürosu iki ay əvvəl neft qiymətlərinin aşağı olmasına görə bu il üçün ÜDM proqnozunu 2,1%-dən 1%-ə qədər azaldıb. Bir neçə gün sonra isə mərkəzi bank iqtisadiyyatı canlandırmaq üçün faiz dərəcələrini ən aşağı səviyyəyə - 1,25%-ə salıb. Neft sənayesi işçi qüvvəsinin təxminən 10%-i azaltdığına görə hardasa 12000 iş yeri bağlanmaqdadır, 30000-ə yaxın iş yerinin də bağlanacağı ilə əlaqədar narahatlıqlar var.
"Statoil" şirkəti və neft sənayesi
Norveçdə neft ölkənin neft istehsalının təxminən 70%-i idarə edən dövlətə məxsus "Statoil" şirkəti tərəfindən idarə olunur. Şirkət 2014-cü ilin üçüncü və dördüncü rübündə təəccübləndirici itkilər verdiyini bildirib - bu, şirkətin 2001-ci ildə fond birjasında siyahıya alınmasından bəri ilk itkisi olub. Şirkətin səhm qiymətləri də dörddə bir aşağı düşüb. Neft sektorunda iş yerlərinin bağlanması vəziyyəti nəzarət altına almaq məqsədilə ümumi və kapital xərclərinin azaldılması ilə əlaqədardır.
Ekspertlər qiymətlərin aşağı olmasının sektorun genişləndirilməsi üzrə xüsusi layihələrin gəlir gətirməsinə çətinlik törədəcəyini, yəni layihələrin təxirə salına, hətta ləğv edilə biləcəyini düşünürlər. Neft qiymətlərinin yüksək olması müəyyən investisiya qoyuluşlarını mümkün etmişdi, indi isə həmin investisiyalarla bağlı vəziyyət yaxşı deyil. Məsələn, "Statoil" şirkəti Şimal dənizində yerləşən "Snorre" və Barens dənizində yerləşən böyük "Johan Castberg" neft yataqlarına 6 milyard ABŞ dolları həcmində investisiya qoyulmasını təxirə salıb.
"Wood Mackenzie" konsaltinq şirkəti neft sektoru üzrə Norveçdə dəniz yataqlarına qoyulan investisiyaların bu il 25% azalacağı proqnozunu verir və bu göstəricinin sonrakı illərdə də azalacağı gözlənilir. Neft sənayesi üçün ən azı bir təsəlli var: 2019-cu ildə istehsala başlayacaq böyük "Johan Sverdrup" yatağı bir barrel neftin qiymətinin 40$-dan aşağı olduğu halda da istifadəyə yararlı olacaq.
Eyni zamanda Norveç hökuməti bu yaxınlarda stimul yolu ilə neft və qaz quyularının qazılması üçün yeni lisenziyalar verəcəyini, eləcə də 1990-cı illərdən sonra ilk dəfə olaraq yeni kəşfiyyat sahəsinin açılacağını elan edib. Hökumət eyni zamanda yüksək səviyyəli kəşfiyyat və inkişafa neft istismarı üçün nail olunduğu və neft sektorunun öz mövqeyini möhkəmləndirməli olduğunu irəli sürərək bu sahənin yeni şəraitə uyunlaşdırılmasına çağırıb.
Dövlət büdcəsi
Böyük Britaniyadan fərqli olaraq Norveçin KİV-də əsas xəbərlər istehsalçılar üzərinə qoyulan vergilərin azaldılması yox, dövlətin ölkə büdcəsində proqnozlaşdırılan gəliri əldə edə bilməməsidir. Bəzi ekspertlər belə düşünürlər ki, əgər bu hal davam etsə, bu il təqaüd fondu üçün yığılan faktiki gəlir yaradılan büdcənin yarısı qədər az ola bilər, bu da, şübhəsiz, bir zərbə olacaq.
Norveçin baş naziri Erna Solnberq və maliyyə naziri Siv Censen ötən ay bu vəziyyət haqqında mətbuat konfransı keçiriblər və konfransda lazım gələrsə, hökumətin tədbir görməyə hazır olduğunu xüsusi vurğulayıblar, ancaq hələlik dövlət büdcəsinin vəziyyəti idarə etmək üçün kifayət qədər imkanları olduğunu bildiriblər. Bu, o deməkdir ki, aşağı gəlirlərin qaldırılması üçün büdcə xərclərinin azaldılması ilə bağlı hal-hazırda heç bir plan yoxdur.
Suveren sərvət
Norveçin böyük üstünlüyü Norveç hökumətinin neft pullarının saxlanıldığı Qlobal Təqaüd Fondunda 860 milyard dollar olmasıdır. Gələcək nəsillər üçün investisiya kimi nəzərdə tutulan bu fond dünyanın ən böyük suveren sərvət fondudur.
Norveç qlobal səhmlərin 1%-ə sahibdir və Avropa fond birjalarında ən böyük səhmdar hesab olunur. 5 milyondan çox əhalisi olan bir ölkə üçün bu, iqtisadi cəhətdən güclü bir mövqedir - bu da əsasən neft sayəsindədir. Neft sektorundan gələn gəlir təkcə iqtisadi artım üçün yox, eyni zamanda Norveçdə rifah dövlətinin qurulması üçün vacibdir.
Hökumət birbaşa xərclərdən daha çox investisiyalar üçün olsa da, büdcə maliyyələşdirilməsi üçün hər il fondun 4%-ə qədərini istifadə edə bilər. Bu ölkədə işşsizlik səviyyəsi də 4%-dən aşağıdır.
Sözün qısası, neft qiymətlərinin düşməsi Norveç üçün probemlər yaratsa da, heç bir halda fəlakətlə nəticələnmir. Ümumi reaksiya praqmatik xarakter daşıyır: Norveç qlobal bazarın əlindədir və ölkənin maraqlarına xidmət edən gəlirli neft sektorunu saxlamaq üçün əlindən gələni edəcək. Neftin ömür boyu davam edəcəyi və ya qiymətlərin həmişə yüksək qalacağı ilə bağlı xəyallar yoxdur və Norveç sisteminin qorunmağa çalışdığı təsirlər də elə bunlardır. Qısamüddətli itkilər gözlənilir, ancaq uzunmüddətli qazanclar üçün nikbinlik də davam edir.
4npress.com    
    
    
    
    
    İqtisadiyyat
     VTB-də yüksək depozit faizleri daha çox qazandırır
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
    
    
    
    
    
    
        
    
    
    
    
    
        
            
        
        
            
            
        
    
    
    
        
        
            
        
    
    
    
        
    
    
    
            
    
    
    
        
    
    
Niyə görə neftin ucuzlaşması Norveçi təşvişə salmır?
18 Aprel 2015 23:10
    
                    0 Şərh    
                Baxış: 3 364    
    
             VTB-də yüksək depozit faizleri daha çox qazandırır
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
    
    
    
    
    
DİGƏR XƏBƏRLƏR
- 
                
                     Yango Azerbaijan və PAŞA Sığorta sərnişinlər və sürücülər üçün sığorta proqramına start verir Yango Azerbaijan və PAŞA Sığorta sərnişinlər və sürücülər üçün sığorta proqramına start verir
- 
                
                     Rubl və avro ucuzlaşdı - RƏSMİ Rubl və avro ucuzlaşdı - RƏSMİ
- 
                
                     Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI
- 
                
                     Türkiyənin məşhur geyim markası Azərbaycanda fəaliyyətini tam dayandırdı Türkiyənin məşhur geyim markası Azərbaycanda fəaliyyətini tam dayandırdı
- 
                
                     Azərbaycanda maliyyə bazarı yenidən formalaşır Azərbaycanda maliyyə bazarı yenidən formalaşır
- 
                
                     Mərkəzi Bank BOKT-nin vəzifəli şəxsini cərimələdi - MƏBLƏĞ Mərkəzi Bank BOKT-nin vəzifəli şəxsini cərimələdi - MƏBLƏĞ
XƏBƏR LENTİ
- 
                
                     Sobaya dəfnə yarpağı qoyun - nəticəyə inanmayacaqsınız Sobaya dəfnə yarpağı qoyun - nəticəyə inanmayacaqsınız
- 
                
                     Rəfiqəsi Güllünü qızının öldürdüyünü dedi Rəfiqəsi Güllünü qızının öldürdüyünü dedi
- 
                
                     Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı
- 
                
                     Xəstə ilə kobud rəftar edən nevropatoloqa töhmət verildi Xəstə ilə kobud rəftar edən nevropatoloqa töhmət verildi
- 
                
                     İranda illik inflyasiya pik həddə İranda illik inflyasiya pik həddə
- 
                
                    .jpg) Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb - FOTO Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb - FOTO
- 
                
                     Azərbaycan cüdoçusu Avropa çempionu olub Azərbaycan cüdoçusu Avropa çempionu olub
- 
                
                     Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır - Səbəb Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır - Səbəb
- 
                
                     Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın tərkibini təsdiqləndi - siyahı Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın tərkibini təsdiqləndi - siyahı
- 
                
                     Bu şəxslər hərbi biletə görə cərimələnir Bu şəxslər hərbi biletə görə cərimələnir
- 
                
                     Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür
- 
                
                     "Kızılcık şerbeti"ndə gözlənilməz ayrılıq - baş rol ifaçısı gedir - FOTO "Kızılcık şerbeti"ndə gözlənilməz ayrılıq - baş rol ifaçısı gedir - FOTO
- 
                
                     Yaşar Salahova vəzifə verildi Yaşar Salahova vəzifə verildi
- 
                
                     İslam Rzayev bu cinayətlərdə ittiham olunur - Qərar verildi İslam Rzayev bu cinayətlərdə ittiham olunur - Qərar verildi
- 
                
                    .jpg) "Bir ailəyə 8500 manat yardım etmişəm" "Bir ailəyə 8500 manat yardım etmişəm"
- 
                
                     "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov həbs olundu "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov həbs olundu
- 
                
                    .jpg) “Sushi Club”da nöqsanlar aşkarlandı - FOTO “Sushi Club”da nöqsanlar aşkarlandı - FOTO
- 
                
                     Vəfa Allahverdiyeva ilə bağlı qərar verildi Vəfa Allahverdiyeva ilə bağlı qərar verildi
- 
                
                     İdman geyimində muğam oxuyan xanəndəni qınadı İdman geyimində muğam oxuyan xanəndəni qınadı
- 
                
                     "Oğlum ailəsi ilə hara gedirsə, məndən icazə almalıdırlar" "Oğlum ailəsi ilə hara gedirsə, məndən icazə almalıdırlar"
- 
                
                     Bakcell-in meqa lotereyasında daha bir avtomobil qalibi məlum oldu! Bakcell-in meqa lotereyasında daha bir avtomobil qalibi məlum oldu!
- 
                
                     İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı
- 
                
                     Xalq artisti xəstəxanaya yerləşdirildi Xalq artisti xəstəxanaya yerləşdirildi
- 
                
                     Türkiyədə 149 hakim futboldan uzaqlaşdırıldı Türkiyədə 149 hakim futboldan uzaqlaşdırıldı
 PUL
PUL 
                
                             
                         
                         
                        .jpg) 
                         
                         
                        .jpg) 
                         
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                        




 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                         
                    
                                     
                    
                                    