"Zaminbank" ittihamlara cavab verdi - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bankın Milli.Az-a daxil olan açıqlamasında vurğulanır:
"İlk öncə qeyd etmək istərdik ki, bu cür halların qarşısını almaq məqsədilə bank daxilində ciddi nəzarət və mütəmadi monitorinqlər təşkil edilir. Bank müştərilərinə qarşı qeyri-etik yanaşma, süni maneələr və bu kimi digər neqativ hallara yol verilmir və birbaşa bankın rəhbərliyi tərəfindən nəzarət olunur.
Məqalələrdə qeyd edilmiş konkret iki hadisə ilə bağlı müvafiq icra orqanlarının və məhkəmələrin verdiyi əsaslandırılmış qərarlar var.
Belə ki, Rəhmanova Qənimət Cəlal qızının bankımızla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı şikayət ərizəsi ilə əlaqədar müvafiq araşdırma aparılmışdır. Belə ki, Göyçay rayon sakini Rəhmanov Fuad Şıxı oğlu ilə "Zaminbank" ASC-nin "Göyçay" filialı arasında 24 avqust 2013-cü il tarixli, 1559 saylı kredit müqaviləsi bağlanmışdır.
Müqaviləyə əsasən, bank Rəhmanov Fuad Şıxı oğluna illik faiz dərəcəsi 28% (iyirmi səkkiz) faiz olmaqla 18 (on səkkiz) ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit vermişdir. Kreditin təminatı kimi Rəhmanov Şıxı Abdulhəmid oğlu ilə "Zaminbank" ASC-nin "Göyçay" filialı arasında 24 avqust 2010-cu il tarixli, 22 saylı ipoteka müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən, Rəhmanov Fuad Şıxı oğluna məxsus Göyçay şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, 93 nömrəli fərdi yaşayış evi "Zaminbank" ASC-də girov predmeti kimi yüklü edilmişdir.
Lakin borclu Rəhmanov Fuad Şıxı oğlu kredit müqaviləsini şərtlərini pozmuş, banka olan kredit borcunu və ona hesablanmış faizləri vaxtlı vaxtında ödəməmişdir. Dəfələrlə bank tərəfindən şifahi və yazılı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır.
Kredit öhdəliyi borclu tərəfindən yerinə yetirilmədiyi üçün Bank qanunvericiliyə uyğun olaraq Göyçay Rayon Məhkəməsində Rəhmanov Fuad Şıxı oğluna qarşı iddia qaldırmış və iddia tələbi təmin edilərək götürülmüş kredit borcu ipoteka ilə yüklü edilmiş əmlaka yönəlmişdir. 31.03.2011-ci il tarixində "Zaminbank" ASC-nin xeyrinə qəbul edilmiş Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və əmlak açıq hərracda satılmışdır.
Şikayətçi Rəhmanova Qənimət Cəlal qızının şikayətində göstərdiyi digər xüsusatlar araşdırma zamanı öz təsdiqini tapmadı.
Eyni zamanda, Göyçay rayon sakini Şıxəliyev Tural Səhrab oğlu ilə "Zaminbank" ASC-nin "Göyçay" filialı arasında 12.05.2010-cu il tarixli, 886 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Bank Şıxəliyev Tural Səhrab oğluna illik faiz dərəcəsi 30 % (otuz) faiz olmaqla 18 (on səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində kredit vermişdir. Götürülən kreditin təminatı kimi 12.05.2010-cu il tarixli, 14 saylı ipoteka müqaviləsinə əsasən Babayeva Səidə Sayquş qızına məxsus Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 33 A, mənzil 26 "Zaminbank" ASC-də ipoteka ilə yüklü edilmişdir.
Lakin borclu Şıxəliyev Tural Səhrab oğlu kredit müqaviləsini şərtlərini pozmuş, banka olan kredit borcunu və ona hesablanmış faizləri vaxtlı vaxtında ödəməmişdir. Dəfələrlə bank tərəfindən şifahi və yazılı xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.
Nəticədə Babayeva Səidə Sayquş qızına məxsus ipoteka ilə yüklü edilmiş Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 33 A, mənzil 26 Babayeva Səidə Sayquş qızının öz təşəbbüsü ilə və "Zaminbank" ASC-nin razılığı əsasında satılmış və "Zaminbank" ASC-yə olan kredit borcu tam ödənilmişdir.
Babayeva Səidə Sayquş qızı sonradan Göyçay Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, Göyçay filialının müdiri Fərzəliyev İlqar Fərzəli oğlu və Şıxəliyev Tural Səhrab oğlu tərəfindən aldadılması barədə ərizə ilə marciət etsə də, Göyçay RPŞ-i 11 noyabr 2014-cü il tarixində Cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul etmişdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Quzu əti bahalaşdı - (Video)
-
Bakının ən bahalı ünvanları: qiymətlər
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





