Qiymətlər aşağı: əlvida Amerika üstünlüyü...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qərbin qlobal iqtisadi siyasətinin başqa bir sütünu olan Dünya Bankında inkişaf layihələrində güclü hüquqi müəssisələrdən istifadə və seçkilərə hörmət kimi şərtlər olub. Bankda idarəetmənin lazımı səviyyədə olmasının göstəriciləri demokratiya, qanun aliliyi və Qərbə xas dövlət müəssisələrinin təbliği ətrafında mərkəzləşən inkişaf məqsədləridir.
Azad bazarda iştirakdan daha çox iqtisadi artımda maraqlı olan inkişaf etməkdə olan ölkələr üçün uzun müddətdir gözlənilən alternativ qlobal iqtisadi və inkişaf strukturu Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnvestisiya Bankı, BRİKS Bankı və Yeni İpək Yolu ilə yaranıb. ABŞ öz üstünlüyünə təhlükələri görmək əvəzinə yeni nizama uyğunlaşmaqla liderlik statusunu yenidən qaytarmaq üçün fürsətdən istifadə etməlidir.
2008-ci ildə Çinin dünya səhnəsinə çıxmasından bu yana pessimistləşən Amerika artıq hərəkətə keçməlidir. Birləşmiş Krallıq, Fransa, Almaniya və İtaliya bu yaxınlarda AİİB-ə qoşulacaqlarını elan etdilər. Bu, Asiyanın 1 trilyon dollar məbləğində infrastruktur ehtiyaclarının qarşılanması üçün bir cəhddir. Bu bankın Çinin Asiyada nəzarəti ələ almaq məqsədinə xidmət etdiyini düşünən ABŞ Avstraliya və Cənubi Koreya daxil olmaqla, müttəfiqlərə banka qoşulmamaq üçün təzyiq göstərib.
Bu məqamda banka qoşulmaq simvolik xarakter daşıyır. Yalnız 50 milyard dollarla işə başlayan AİİB-də müvafiq idarəetmə strukturu yoxdur. Banka qoşulmağı təsdiqləyən 35 ölkə bu strukturun fəaliyyətinə inandıqlarını bildiriblər.
Bu inancın əsas səbəbi Çinin özünün təəccübləndirici inkişafıdır. Yardım alan ölkələr üçün daha önəmlisi odur ki, Pekin Qərbin xarici siyasətinə birbaşa irad tutaraq başqa ölkələrin işlərinə qarışmayacağını dəfələrlə bildirib. BVF və Dünya Bankı qloballaşmanın bəzi uğursuzluqları üçün məsuliyyət götürdükdən sonra islahatların keçirilməsi üçün inkişaf etməkdə olan ölkələrə artıq daha çox vaxt verir. Bununla belə, şübhəsiz ki, başlıca məqsəd sosial dəyərlər və Qərbin sənayeləşmiş ölkələrində mövcud olan müəssisələrə sahib bazar iqtisadiyyatının yaradılmasıdır.
BVF və Dünya Bankında qərar qəbul etmə səlahiyyətinin lazımı səviyyədə olmamasına ümumi məyusluğu əlavə etsək, inkişaf etməkdə olan ölkələrin niyə görə yeni bir yardım mənbəyi istədiklərini başa düşmək asan olar.
Çini məhdudlaşdırmağı bacarmayan ABŞ AİİB-nin genişlənməsinə qarşılıq verməkdə gecikdi. ABŞ-ın xarici işlər nazirinin müavini Natan Şits nəhayət ötən həftə bildirib ki, ABŞ inkişaf layihələrində AİİB ilə əməkdaşlıq etmək istəyə bilər. BVF və Dünya Bankı da oxşar fikirlər bildiriblər. Bu təşkilatlar öz statuslarını qorumaq üçün iştiraklarının "yüksək keyfiyyətli, zamanın sınağından keçmiş standartların saxlanılmasını" təmin edəcəyini iddia ediblər. Başqa sözlə, onlar AİİB-ni idarəetmə, ətraf mühit, şəffaflıq və başqa bu kimi məsələlər üzrə özlərinə məxsus standartları qəbul etməyə məcbur edəcək.
Əgər bir vəd boş səslənirsə, onda elə boş vəddir. Çinin inkişaf bankı üçün qaydaları Amerika yazmayacaq. ABŞ liderliyini saxlamaq üçün iki şey etməlidir. İlk növbədə, qəbul etməlidir ki, formalaşmaqda olan dünya nizamının ölkələri inkişaf cəhdlərinin artıq Qərbə məxsus siyasi və iqtisadi dəyərləri yaymalı olduğunu düşünmürlər. İkincisi isə, qlobal liderlik anlayışını müvafiq olaraq genişləndirməlidir. Amerikanın idealları iqtisadi artım üçün ilkin şərt olmasa da, hələ də mühüm əhəmiyyət daşıyır.
ABŞ BVF və Dünya Bankının yaradıldığı Bretton-Vuds konfransının əsl vədini yerinə yetirmək üçün artıq hərəkətə keçməlidir. Bu beynəlxalq maliyyə müəssisələrindən iqtisadi siyasətdə koordinasiya yaradılması üçün vasitə olaraq istifadə edilməlidir. Bu, o demək deyil ki, Bretton-Vudsun sabit valyuta məzənnələri və beynəlxalq rezerv valyutası kimi ilkin siyasi reseptləri əsas götürülməlidir. Bu strategiyaların düzgün tərəfi odur ki, biz pul siyasətində beynəlxalq əməkdaşlığı asanlaşdırmaqla ölkələrin iqtisadi sabitliyini təmin etməyi əsas götürməliyik. Xüsusilə siyasi xarakter daşıyan şərtlilik qlobal inkişaf və maliyyə sabitliyi üçün lazımsızdır.
Daha önəmlisi isə BVF və Dünya Bankının rolu siyasətin diktə edilməsindən fikir birliyinin təmin edilməsinə doğru dəyişməlidir. ABŞ hal-hazırda Konqresdə icrası ləngiyən köklü islahatlar vasitəsilə bu təşkilatlarda maliyyələşdirməni artırmalı və inkişaf etməkdə olan ölkələrə fikir bildirmək üçün daha çox imkan yaratmalıdır.
Amerika artıq məsuliyyət və töhfələrini dünyanın ən əsas idealisti yox, ən nüfuzlu praqmatik qüvvəsi kimi daşıyacaq. ABŞ çoxqütblü iqtisadi nizamda əməkdaşlığı asanlaşdırmaq üçün öz unikal mövqeyini mənimsəməlidir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi





