Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin 2013-cü il 16 avqust tarixində Qəbələ rayonunda keçirilmiş Türkdilli Ölkələrin Zirvə Toplantısı çərçivəsində əldə olunmuş qarşılıqlı razılığına əsasən Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən "MorPort Aktau" Azad İqtisadi Zonada "Azərsun İstehsal və Logistik Mərkəzi"nin tikintisi ilə əlaqədar təməlqoyma mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri cənab Şahin Mustafayev, Qazaxıstanın Manqistau vilayətinin akimi (qubernatoru) Alik Aydarbayev, "Azersun Holding" şirkətinin İdarə Heyətinin sədri Abdolbari Gözəl, Azərbaycan və Qazaxıstan biznes strukturalrının nümayəndələri, yerli dövlət qurumları və müxtəlif təşkilatların üzvləri, mətbuat və televiziya nümayəndələri, habelə vilayət yaşayan diaspora nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən natiqlər Azərbaycan - Qazaxıstan münasibətləri iki ölkə arasında iqtisadi əlaqələr, "Azərsun İstehsal və Logistik Mərkəzi" layhəsi ilə bağlı perspektivlər, layihənin region üçün önəmi, həmçinin Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ilk öncə Qazaxıstanın qərb vilayətlərinə, sonra isə ölkənin digər bölgələrinə ixracı imkanları barədə söz açılmışdır.
Mərasim zamanı tikintinin bünövrəsinə layihənin həyata keçirilməsi ilə bağlı məlumatları əks olunmuş kapsul rəsmi qonaqlar tərəfindən yerləşdirilmiş, dövlət bayrağımızın rəngləri əks olunmuş hava şarları səmaya buraxılmışdır. Xüsusi təntənə ilə keçirilmiş təməlqoyma mərasimində Aktauda fəaliyyət göstərən Türkiyənin, İran və Türkmənistanın diplomatik missiyalarının rəhbərləri iştirak etmişlər. Təməlqoyma mərasimi iştirakçıları layihə ilə bağlı stendlərə baxış keçirmiş, layihənin imkanları ilə tanış olmuşlar, "Azəzrsun Holdinq" şirkəti tərəfinidən ölkəmizdə istehsal olunan məhsulların sərgisi keçirilmişdir.
Sonra Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənayə naziri Şahin Mustafayevin Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi (qubernatoru) Alik Aydarbayev ilə ikitərəfli görüşü keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikası ilə Qazaxıstanın qərb vilayətləri, o cümlədən Mangistau vilayəti ilə iqtisadi əlaqələrin mövcud vəziyyəti, müxtəlif investisiya layihələrinə dövlət qayğısının artırılması, tranzit daşımacılıqla bağlı perspektivlər və digər məsələlər müzakirə edilmişdir.
Daha sonra "Renesans Aktau" otelində 100-ə yaxın iş adamının, müxtəlif yerli qurumların əməkdaşlırının, diplomatik missiya və diaspor nümayəndələrinin, həmçinin mətbuat və televiziya nümayəndələrinin iştirakı ilə "Qazaxıstan - Azərbaycan Biznes Forumu" keçirilmişdir.
Biznes Forum zamanı Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi (qubernatoru) Alik Aydarbayev, Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək, forum iştirakçılarını salamlamış, iki ölkə iş adamları arasında biznes əlaqələrin qurulmasında uğurlar arzulamışlar.
Biznes Forum zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Prezidenti (AzPromo) Rüfət Məmmədov tərəfindən Azərbaycan Respublikasının iqtisadi potensialına dair, Manqistau vilayəti İş Adamları Regional Palatasının direktoru Janbırbay Dospayev tərəfindən Qazaxıstan Respublikasının Manqistau vilayətinin investisiya və iqtisadi potensialına dair, "Azəzrsun Holdinq" şirkətinin nümayəndəsi Meyran Məmmədov tərəfindən "Azərsun İstehsal və Logistik Mərkəzi" haqqında Təqdimatlar dinlənilmişdir.
Daha sonra Biznes forum zamanı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) ilə Qazaxıstan Respublikası Manqistau vilayəti İş Adamları Regional Palatası arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Biznes Forum öz işini Azərbaycan və Qazaxıstan iş adamları, müxtəlif şirkətlərin nümayəndələri arasında ikitərəfli görüşlərlə davam etdirmişdir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



























DİGƏR XƏBƏRLƏR
-
Qarabağa gedən yol bu rayonlarda torpağı BAHALAŞDIRDI
-
Bir qram qızıl 60 manat UCUZLAŞDI - ŞAD XƏBƏR
-
Valyuta dəyişdirmək istəyənlərin nəzərinə: BAHALAŞDI
-
Neftimiz bahalaşıb bu qiymətə oldu
-
Qızıl və gümüş investorları üçün riskli gün
-
Bakıda investisiya üçün ən sərfəli mənzillər hansılardır? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO
-
“Dost! Dost! Dost!” adlı konserti Novruz Novruzlunun xatirəsinə ithaf edilib - FOTO
-
Muaddib “Qarabağ”da məşqlərə başladı - FOTO
-
Televiziya ulduzunun son halını görənlər tanıya bilmir - FOTO
-
Maskalılar qəzetin yerləşdiyi binaya basqın etdilər
-
16 yaşlı futbolçu öldü
-
Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
Novxanıda yanan "AF Hotel" kimindir?
-
Müşavir sədr müavini oldu - FOTO
-
Nazir onu direktor təyin etdi - FOTO
-
Bakıda məşhur hotel YANIR - VİDEO
-
Tramp: İrana daha bir böyük zərbə vurmalıyıq
-
Arvadının saçını keçəl edən şəxsə hökm oxundu
-
Aysel təcili əməliyyat olundu
-
Bakıda kanat olacaq - RƏSMİ
-
Muğanlı–İsmayıllı avtomobil yolunun 5,2 km-lik hissəsi təmir olunub
-
Ronaldo növbəti dəfə ata olur? - FOTO
-
WUF13-ün üçüncü günü başa çatdı (FOTOREPORTAJ)
-
Portuqaliya millisinin heyəti açıqlandı
-
Qızı Əməkdar artisti sevindirdi
-
Arda Gülərə gözlənilməz təklif
-
WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir - FOTO
-
Bu ölkə turistlər üçün vizasız qalma müddətini azaldır
-
Görünüş məsafəsi MƏHDUDLAŞACAQ





