İqtisadiyyat

Liberman: "Azərbaycandan İsrailə qaz tədarükü barədə danışmaq hələ tezdir"

11 Fevral 2010 19:44
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıya ilk rəsmi səfərinin yekununa dair keçirdiyi Azərbaycanın bir sıra KİV-nə verdiyi müsahibədə deyib.

"Azərbaycan İsrailə neft tədarük edən əsas dövlətlərdən biridir. Qaza gəlincə isə, bizim qaz kəmərimiz olmadığı və maye qaz kifayət qədər istifadə edilmədiyi üçün, təəssüf ki, qaz tədarükü barədə danışmaq hələlik tezdir. Ya qaz kəməri tikilməlidir, ya da qazın sıxılması üçün xüsusi zavod yaradılmalıdır", - Liberman deyib.

Hazırda "Şahdəniz" yatağından əldə edilən Azərbaycan qazı "Cənubi Qafqaz" qaz kəməri vasitəsilə Türkiyəyə çatdırılır. O, Aralıq dəniz vasitəsilə İsrailə də çatdırıla bilər.

Nazirin sözlərinə görə, Azərbaycanla neft tədarükündəki əməkdaşlıq çox uğurludur. "Biz Azərbaycanı uğurlu və ciddi tərəfdaş hesab edirik", - Liberman deyib.

Tərəflər səfər zamanı alternativ və bərpa edilə bilən enerji mənbələri sahəsindəki layihələri də müzakirə ediblər.

"Biz bir neçə layihəni müzakirə etmişik. Günəş enerjisi, su resursları menecmeti, çirkab sularının təmizlənməsi və təmizləyici qurğular sahəsində İsrail ən qabaqcıl dövlətlərdən biridir", - nazir deyib.

"Yüksək səviyyədə prinsipial razılıq əldə edilib. Artıq Azərbaycandan olan böyük biznes nümayəndə heyətinin gəlişi üçün israilli tərədaşlarla danışıqlar aparılacaq. Düşünürəm ki, 3-4 ay müddətində biz bu əməkdaşlığın ilkin şərtlərini müəyyən edəcəyik", - Libeman deyib.

/Trend News/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.