Azərbaycan nefti 109 dolları keçdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb.
Milli.Az-ın neft bazarındakı mənbəyə istinadən verdiyi məlumata görə, İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,54 ABŞ dolları (8,49%) artaraq 109,10 ABŞ dollarına yüksəlib.
Türkiyənin Ceyhan limanında "Azeri Light" neftinin FOB bazasında qiyməti isə 8,49 ABŞ dolları (8,78%) bahalaşaraq bir barel üçün 105,18 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti 7,96 ABŞ dolları (12,65%) artaraq 70,90 ABŞ dollarına, Şimal dənizindən hasil olunan "Dated Brent" markalı neftin qiyməti isə 10,75 ABŞ dolları (11,42%) yüksələrək 104,92 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir bareli üzrə baza qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
"Trading Economics"in məlumatına əsasən, dünya bazarında xam neftin qiyməti 92 ABŞ dollarından yuxarı ticarət olunur və Yaxın Şərqdə artan hərbi gərginlik səbəbindən həftəlik bahalaşma 12 faizi ötüb.
Buna əsas səbəb ABŞ ilə İran arasında davam edən qarşıdurma, Qırmızı dənizdə neft tankerlərinə hücumlar, Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artması və Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Qara dəniz terminalında neft yükləməsini dayandırması göstərilir. Bu amillər qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da gücləndirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ 60 ölkənin məhsullarına yeni rüsum tətbiq edir
-
FHN-dən isti hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun
-
Gürcüstan qaranlığa qərq oldu: Bir neçə şəhərdə işıqlar söndü
-
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
-
Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını götürüb qəza törətdi
-
Kukurelya saçlarını autizmli oğluna görə uzadırmış - (Foto)
-
Daha bir piyada ehtiyatsızlığının acı sonu - Anbaan video
-
Türkiyədə bələdiyyə sədri və həyat yoldaşı həbs edildi - (Foto)
-
BMW 318 mindən çox avtomobili geri çağırır
-
Naxçıvanın bir hissəsində qazın verilişi dayandırılır
-
Tehran 7 ölkəni hədələdi: “Cavab hüququmuz var”
-
Aygün Bəylərin bacısı soyadını dəyişdi
-
Azərbaycan nefti 109 dolları keçdi
-
Fərid Şirinov vəfat etdi
-
Devid Bekhem 77 yaşlı anası ilə görüntüləndi – (Video)
-
Dollar sabit qaldı, avro ucuzlaşdı - Rəsmi
-
Dünya bazarında neft ucuzlaşdı - Son qiymətlər
-
Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq
-
Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
-
Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər
-
Maldivlərə alternativ: Cəmi 15 dollardan başlayan möhtəşəm kurortlar
-
Marinadlanmış albalı: Ət yeməkləri üçün fərqli və ləzzətli qəlyanaltı resepti





