Bu həftə "Bahar" enerji şirkətinin, eləcə də Dövlət Neft Şirkətinin bəzi əməkdaşlarını işdən azad edilməsi ixtisarları gündəmə gətirdi. Sözsüz ki, istənilən addım qanunvericiliklə tənzimlənməlidir.İxtisarlarla bağlı bütün məsələləri Əmək Məcəlləsinin 70, 71, 77-ci maddələri tənzimləyir
Anspress-in məlumatına görə, ixtisarlarla bağlı bütün məsələləri Əmək Məcəlləsinin 70, 71, 77-ci maddələri nizamlayır. Hər bir işçinin nə vaxtsa ixtisara düşəcəyi istisna olmadığından, bu vəziyyətlə bağlı hər kəs öz hüquqlarını əvvəlcədən bilməlidir.
Amma ixtisar olunanın kompensasiya hüququ bununla bitmir. İşdən azad olnunan vətəndaş öz rayonu üzrə Məşğulluq İdarəsində qeydiyyatdan keçir. Əgər bu qurum ona iş tapa bilmirsə, onda keçmiş əməkdaşa ikinci, üçüncü aylar üzrə orta aylıq əməkhaqqı miqdarında kompensasiya verilməlidir. İxtisarlar zamanı pəşəkarlıq səviyyəsi yüksək əməkdaşlardan sonra imtiyazlı qruplara güzəşt edilməlidir. Məsələn, şəhid alilələri, məcburi köçkünlər, himayəsində azyaşlı uşaqları olanlar ilk növbətə işdə saxlanılmalıdır.
Sözsüz ki, bəzən işçiyə onun iki aydan sonra ixtisar olunacağı barəsində xəbər veriləndə o bunu ədalətsiz hesab edərsə, məhkəməyə müraciət edə, yaxud işi dayandırıb tətil edə bilər.
Amma işə götürənin də öz hüquqları var. O istehsal ehtiyacını əsaslandıraraq istənilən sayda işçini ixtisar edə bilər, hətta yüz nəfərdən cəmi bir nəfər işçi saxlaya bilər.
Sahib Məmmədovun sözlərinə görə, əgər işçilər ixtisar səbəbindən tətil edirsə və işəgötürən bunu iqtisadi cəhətdən əsaslandırılmamış hesab edərsə, lokaut hüququndan, yəni müəssisənin fəaliyyətini müvəqqəti dayandırmaq hüququndan yararlana bilər.
Əgər həm işəgötürən, həm də işçi öz hüquqlarını və öhdəliklərini bilib, bunlara əməl edərsə qarşılıqlı narazılıqlara yer qalmaz.
Milli.Az
Videonu izləmək üçün şəklə klilkləyin.
