İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xarici investorlar Azərbaycanda əlverişli işgüzar mühitin olduğunu qeyd edirlər
22 Noyabr 2013 16:57
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mənzil-qərargahında keçirilmiş "Azərbaycan Günü"ndə çıxış edən xarici investorlar Azərbaycanda işgüzar mühiti yüksək qiymətləndirib, buradakı fəaliyyətlərindən məmnun qaldıqlarını bildiriblər.
Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən "Holcim-Azərbaycan" ASC-nin baş direktoru Rossen Papazov bildirib: "Holcim" olaraq 1999-cu ildən Azərbaycanda fəaliyyət göstəririk. Burada yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, bu illər ərzində Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmişik. Fikrimcə, Azərbaycandakı uğurların əsasını buradakı əlverişli investisiya mühiti, dövlətin özəl bölməyə dəstəyi, ölkədə sürətli iqtisadi inkişaf və böyük iqtisadi potensial təşkil edir".
R.Papazov deyib ki, vacib amillərdən biri də Azərbaycanda bacarıqlı və yüksəkixtisaslı işçi qüvvəsinin olmasıdır: "Azərbaycanın inkişafına inandığımızdan daha iri layihələrə başladıq və dəyəri 300 milyon avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni Sement Zavodunu inşa etdik. Maraqlı bir faktı qeyd etmək istərdim ki, bu layihəyə dünyada baş verən qlobal maliyyə və iqtisadi böhran zamanı başladıq və nəticə göstərir ki, yanılmamışıq və bu layihə "Holcim Qrup"un tarixində ən uğurlu layihələrdəndir".
"Bakı Gəmiqayırma Zavodu" MMC-in baş meneceri Devid Loh tədbirdə deyib: "Keppel" şirkəti olaraq, Azərbaycanda layihələr həyata keçirdikcə buraya investisiya yatırmaqda yanılmadığımıza bir daha əmin olduq. Hazırda yerli tərəfdaşlarımızla birlikdə Azərbaycanda 470 milyon ABŞ dolları dəyərində Bakı Gəmiqayırma Zavodunun tikintisini başa çatdırmış və istismarına başlamışıq. Bu zavod Azərbaycanın gəmi donanmasının genişlənməsinə, gəmiçilik sənayesinin inkişafına böyük töhfə verəcək. Biz bu olkənin səmərəli biznes mühitindən, əlverişli investisiya şəraitindən yararlanmaqla Azərbaycandakı fəaliyyətimizi davam etdirmək niyyətindəyik".
"CNIM Azərbaycan" MMC-nin İdarə Heyətinin üzvü Stefano Kosta isə bildirib: "Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti iqtisadi inkişafı təmin etməklə yanaşı, ekoloji məsələlərə də xüsusi diqqət yetirir. Biz artıq Azərbaycanda ekoloji sahədə iri və ən müasir texnologiyalara əsaslanan Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi layihəsini uğurla həyata keçirmişik. Azərbaycandakı əlverişli mühit bizə bu mühüm layihəni keyfiyyətlə və vaxtında icra etməyə imkan yaratdı. Ölkədəki səriştəli kadr potensialını nəzərə alaraq, biz zavodun idarə edilməsinə daha çox yerli mütəxəssisləri cəlb etmişik. Gələcək illərdə zavodun idarəçiliyi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bütün bunlar isə Azərbaycandakı əlverişli işgüzar şəraitin, dövlətin bu sahəyə yüksək diqqətinin göstəricisidir".
AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib: "Bu ilin iyul ayında Bakıda olarkən sürətli inkişafın şahidi oldum və qısa müddətdə görülən işlər məni təəccübləndirdi. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi iqtisadi inkişafın əsas hədəflərindəndir. Bankın Azərbaycana dair strategiyasını "Azərbaycan-2020" İnkişaf Konsepsiyasına uyğun hazırlayırıq və bu konsepsiya əməkaşlığımızın daha da genişləndirilməsi üçün geniş imkanlar yaradır".
Onun sözlərinə görə, AYİB növbəti illərdə də Azərbaycanda fəaliyyətini özəl sektorun dəstəklənməsi və qeyri-neft sektorunun inkişafı istiqamətlərinə yönəldəcək: "Hesab edirəm ki, AYİB qərargahında "Azərbaycan Günü"nün keçirilməsi çox əlamətdar hadisədir və Azərbaycanın uğurlarının tanıdılmasına, habelə əlaqələrimizin inkişafına öz töhfəsini verəcək".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qvardiola “Mançester Siti”dən ayrılır
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
"Real Madrid" Arda barədə QƏRARINI VERDİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
-
Mehdiabadda qazın verilişi DAYANDIRILACAQ - YENİLƏNİB
-
Sabiq partiya sədrinə hökm oxundu