İqtisadiyyat

Dünyanın 1 nömrəli təzə süd məhsulları şirkəti Azərbaycanda istehsala başlayacaq!

14 Noyabr 2013 09:59
Baxış: 5 713
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Noyabr ayının 12-də "JW Marriott Absheron" otelində "Danone" MMC və "Atena" MMC arasında "Birgə İstehsal Razılaşması"nın imzalanma mərasimi keçirilmişdir.

"Danone" MMC-nin baş direktoru Sinan Tav və "Atena" MMC-nin İdarə Heyətinin sədri Elşad Rəsulovun imzaladıqları razılaşmaya əsasən, yaxın gələcəkdə Ağcabədi rayonunda yerləşən "Atena" süd zavodunda "Atena" ferması südündən istifadə olunmaqla "Danone" məhsulları istehsal ediləcək. İlk əvvəl xama və süd də daxil olmaqla, "Danone", "Активиа" və "Растишка" brendlərinin 32 çeşiddə süd məhsulları istehsal olunacaq. Gələcəkdə isə məhsul sırasını daha da genişləndirərək qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır.

İmzalanma mərasimində çıxış edən natiqlər - Fransa Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye, "Atena" MMC-nin İdarə Heyətinin sədri Elşad Rəsulov və "Paşa Bank"ın Müşahidə Şurasının sədri Əli Kamalov Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyini, imzalanan razılaşmanın iqtisadi münasibətlərin inkişafına təkan verəcəyini vurğulayıblar. "Danone" MMC-nin Orta Asiya və Qafqaz ölkələri üzrə baş direktoru David Manzini də öz növbəsində bu razılaşmanın süd məhsullarının istehsalı sahəsində bacarıq və qabaqcıl təcrübənin ötürülməsi istiqamətində irəliləyişinə səbəb olacağını, gələcəkdə "Atena" MMC ilə növbəti layihələrin reallaşmasına fayda verəcəyini qeyd edib. Cənab David Manzini aşağıdakıları söyləmişdir: "İndi Danone və Atena-nın Azərbaycanda növbəti 10 ildə birgə əməkdaşlığı gözlənilir. Bu da yeni gələcəkdir."

Qeyd edək ki, əsası 1919-cu ildə yoğurt istehsalı ilə qoyulan "Danone" hal-hazırda süd məhsulları, uşaq qidaları, sular və tibbi qidalar istehsalı üzrə ixtisaslaşaraq planetin beş qitəsində də təmsil olunan beynəlxalq şirkətə çevrilmişdir. Missiyası "mümkün qədər çox sayda insanlara qida vasitəsi ilə sağlamlıq bəxş etmək" olan şirkətin dünyada 190 istehsal zavodu və 102 minə yaxın işçisi vardır. Azərbaycan bazarında isə ilk dəfə 2002-ci ildə Rusiya Federasiyası və Türkiyə istehsalı olan "Danone" məhsullarına rast gəlinmişdir. 2006-cı ildən "Danone" nümayəndəliyi Bakıda fəaliyyətə başlamışdır və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yarandığı gündən yerli istehsal planları nəzərdə tutmuşdur. Ölkədə hazırda yerli istehsal üçün münbit şərait yaranmışdır. Bunun üçün əsas olaraq qeyri-neft sektorunda işçiliyi yaratmaq, regionların iqtisadi inkişafını artırmaq, yerli süd xammalı sənayesini inkişaf etdirmək, yüksək keyfiyyətli süd məhsullarını rəqabətə davamlı qiymətlərlə Azərbaycan istehlakçısına təqdim etmək və digər tərəfdən Azərbaycan istehsalı məhsullarını ixrac etmək, ümumilikdə ölkənin strateji iqtisadi inkişaf siyasəti ilə ayaqlaşmaq məqsədi və əsası ilə "Danone" bu işə imza atmışdır. Bunun üçün, etimadlı tərəfdaş axtarışına çıxmış və nəhayət, süd məhsullarının istehsalı üzrə yüksək standartlara və istehsal təcrübəsinə malik "Atena" MMC ilə əməkdaşlıq etməyi qərara almışdır.

Biz inanırıq ki, bu birgə layihə Fransa və Azərbaycan arasında yüksək inkişaf etmiş münasibətlərdə öz mühüm rol və müsbət iqtisadi təsirini daha da göstərəcəkdir, həmçinin digər beynəlxalq şirkətlərə "giriş qapısı" kimi nümunə olacaqdır. Bununla da biz dövlətin yaratdığı şəraitə minnətdar olaraq, Azərbaycanda sağlam biznes mühitinin olduğuna bir daha əmin oluruq.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.