İqtisadiyyat

"Excelsior Hotel Shamkir"in açılışı oldu - FOTO

12 Sentyabr 2013 10:30
Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Açılış mərasimində ölkə Prezidenti İlham Əliyevin də şəxsən iştirak etdiyi "Excelsior Hotel Shamkir"in tikintisi uğurla tamamlanmışdır.  Rəmzi qırmızı lenti kəsən ölkə başçısı "Synergy Group"da Müşahidə Şurasının sədri Riyad Hüseynovun təqdimatında mehmanxana kompleksi ilə yaxından tanış olmuşdur. Qeyri-neft sektoru, xüsusilə də turizm və tikinti sahəsinə irimiqyaslı sərmayələrin yatırıldığı bir dövrdə regionların sosial-iqtisadi inkişafına təkan verən bu cür layihələrin reallaşdırılması ölkə iqtisadiyyatının qüdrətindən xəbər verir. Cənab Prezident zövqlə tikilmiş bu məkanda təqdim olunan bütün xidmətlər ilə maraqlanmış, ətaflı şəkildə məlumatlandırıldıqdan sonra razılığını bildirərək tapşırıq və tövsiyələrini verdi.

Qeyd edək ki, sözügedən bu məkan regionlarda otelçiliyin inkişafı istiqamətində "Synergy Group"un həyata keçirdiyi mühüm layihələrdən biridir. Müasir standartlarla təchiz olunmuş 54 standart, 4 Superior, 4 Suit və 1 King Suit olmaqla 63 rahat otaq qonaqların xidmətindədir. Bütün nömrələrdə ən yüksək səviyyədə istirahət üçün hər cür şərait yaradılmışdır. Ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan otaqların dizaynında Şəmkirin qədim xalçalarının ornamentlərindən istifadə olunmuşdur. Müasir havalandırma sistemi ilə təchiz edilmiş mehmanxana binasında yerli və dünya mətbəxinin ən dadlı təamları təqdim edilən "Baku" restoranı, həmçinin, Avstriya avadanlığı ilə üç növ pivə istehsal olunan "Brau" adlı məkan, 750 sayda yerli və xarici şərabın saxlandığı şərab evi, nəzdində türk hamamının da faliyyət göstərdiyi "Jasmine" SPA ziyarətçilərə geniş çeşiddə xidmətlər təqdim etməklə xoş istirahətlərini təmin edəcəkdir. Həmçinin, ən müasir avadanlıqlarla təchiz olunmuş "Fərman Salmanov" konfrans zalı mötəbər yerli və beynəlxalq tədbirlərə ev sahibliyi etməyə yarayacaqdır. Qeyd edək ki, mehmanxananın beşmərtəbəli binasının ümumi sahəsi 9 min kvadrat metrdir. Bütövlükdə kompleks 10 min 200 kvadrat metr sahəni əhatə edir.

Otelçilik biznesinin inkişafını özünün investisiya strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirən "Synergy Group" bu sahəyə ayırdığı sərmayə vasitəsilə xüsusilə, bölgələrdə turizm xidmətlərinin keyfiyyətinin inkişafına çalışır. Beynəlxalq turizm idarəçiliyi təcrübəsini Azərbaycanda tətbiq etməklə Qrup artıq bir neçə uğurlu layihə ilə öz sözünü deməkdədir.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.