İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəbəkə biznesi: udan az, uduzan çox
20 Aprel 2013 21:01
0 Şərh
Baxış: 7 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prosesə qoşulan adam məhsul almalı və yeni üzvlər tapmalıdır ki, pul qazana bilsin, daha doğrusu, onların etdiyi alverə görə faiz əldə etsin. İşsiz vətəndaşlar bu yolla pul əldə etmək üçün əsasən və təbii olaraq öz qohum-əqrabasını, dost-tanışını piramida biznesinə çəkir. Bu şirkətlərdə təmsil olunanlar müxtəlif vərəqələr paylamaqla, reklam bukletləri yaymaqla insanları bu sahəyə cəlb edirlər. Şəbəkə marketinqinə nəzarət edən şirkətlərin əməkdaşları ən müxtəlif vasitələrlə, hətta birbaşa evlərə zəng vurmaqla sakinləri onlarla işləməyə dəvət edirlər.
Unutmayaq: şəbəkə marketinqi ilk öncə Latın Amerikasında yaranıb, sonralar ABŞ-a da sirayət edib. Lakin Amerikada bu marketinqə yasaq qoyulub.
Şəbəkə marketinqində olan qiymətlər real bazar qiymətlərindən bahadır. Buna baxmayaraq, dünyada, əsasən də işsizliyin hökm sürdüyü ölkələrdə geniş yayılıb. Şəbəkə marketinqi insanları zəhmətdən yayındırır. O cümlədən, məhsulların satışı həm də internet üzərindən olduğu üçün, vergidən yayınma halları da baş verir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, bu gün, demək olar, şəbəkə marketinqi inkişaf etmiş ölkələrdə zəif, inkişafda olan ölkələrdə isə yaxşı inkişaf edib. Səbəb də əhalinin buna inamı və işsizlikdir. Bu biznesin gəlir qazanma xüsusiyyəti piramida üsulu ilə fərqlənir. Bir nəfər gəlir, sonra isə o bir nəfər özü ilə bir nəfər gətirməlidir. Bir sözlə, piramida sistemi yaranır.
Adamlar elə bilirlər ki, çox insan bura gəlirsə, demək, burada yaxşı qazanc var, amma nəticələr fərqlidir. Təəssüflər olsun ki, nə qədər insanın buradan ziyanla, borcla çıxmalarından xəbərsizdirlər.
İqtisadçı-alim Vüqar Bayramlı bizimlə söhbətində şəbəkə marketinqində uduşda ancaq bir tərəfin olduğunu qeyd etdi: "Bu da marketinq biznesini idarə edənlər və piramidaya tez qoşulanlardır.
Onun sözlərinə görə, şəbəkə biznesi yüksək gəlir gətirsə belə, bütövlükdə insanların aldadılmasına və onların vəsaitlərinin bir qisminin əlindən alınaraq bu biznesə qoyulmasına gətirib çıxarıb: "Məhz bu baxımdan inkişaf etmiş və digər ölkələrdə şəbəkə biznesi bir biznes növü kimi qadağan edilib. Ancaq nisbətən az maariflənmiş və savad baxımından zəif cəmiyyətlərdə şəbəkə biznesi inkişaf edir. Çünki dünyagörüşü məhdud və savadsız insanları inandırmaq daha rahat və asandır. Azərbaycan da belə ölkələrdəndir. Bu biznesin əsas məğzi ondan ibarətdir ki, insanları daha asan, işləmədən gəlir əldə etməyə inandırırsan".
V.Bayramlı onu da qeyd etdi ki, şəbəkə biznesində təklif edilən malın dəyəri bazar qiymətindən dəfələrlə, bəzən 10 dəfə çox olur: "Hansısa bahalı məhsulu almaq şəbəkə biznesinə qoşulmağın şərti olduğuna görə bu biznesə cəlb edilən şəxs piramida prinsipi ilə qazanmaq əvəzinə itirir. Ümumiyyətlə, şəbəkə biznesində daimi gəlir əldə etmək mümkün deyil. Əksinə, əvvəlcə gəlir əldə etməyə başlayan insan nə qədər uzun müddət bu biznesdə qalırsa, birinci mərhələdə az-çox qazandıqlarını da itirir. Buna görə də şəbəkə biznesinə daxil olan şəxs müəyyən adamları cəlb edə bilibsə, vaxtında bu biznesdən ayrılmalıdır".
Mütəxəssislərin fikrinə əsaslansaq, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda şəbəkə biznesinə qoşulan, tutaq ki, min adamın ən yaxşı halda orta hesabla 15 faizi udur, yəni 850 nəfəri uduzur, yalnız 150 nəfəri udur. Bu 150 nəfəri görən hər bir adam isə düşünür ki, onlar da uda bilərlər. Bu biznesə qoşulanların qoyduğu pul batmaq təhlükəsiylə üzləşdiyindən və pullarını çıxarmaq istəyi gözlərini örtdüyündən ən yaxın adamlarını belə inandıraraq şirkətə yazdırırlar ki, heç olmasa, qoyduqları pulu götürsünlər...
"Ayna"

DİGƏR XƏBƏRLƏR
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
Azərbaycan nefti kəskin UCUZLAŞDI
-
“Brent” nefti ucuzlaşdı
-
6 illik fasilədən sonra böyük qayıdış: Bakı–Tbilisi qatarının bərpası regionda nələri dəyişəcək?
-
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
XƏBƏR LENTİ
-
İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi
-
“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO
-
"Qəbələ" "Şamaxı"nı məğlub edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur