Ölkəmizin turizm potensialını dünyada təbliğ etmək və xarici turistlərin respublikamıza olan axınını artırmaq məqsədilə Bakı şəhərində keçirilən XII Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycana info-turlar və press-tur təşkil edilib.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin 30 mart-4 aprel tarixlərində Rusiya Federasiyasının turizm şirkətlərindən ibarət 19 nəfərlik qrup Azərbaycana səfər edib. Səfərdə Rusiyanın Alean, Dces Tur, Persona Tur, Fischer Travel, Vostok FM, TurProfi, Azan Tur, Ross Travel, Alıye Parusa, Poyexali və s. turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. Qonaqlar Bakı, Nafatalan və Şəki şəhərinin görməli yerlərini ziyarət ediblər.
Bundan əlavə, cari ilin 2-6 aprel tarixində İtaliyanın aparıcı turizm şirkətlərinin rəhbərlərinin iştirakı ilə Bakı şəhərinə info-tur təşkil edilib. İnfo-turda Bramante Travel, Red Carpet Travel, Boscolo Tour, Manus Travel, Wave Travel şirkətlərinin nümayəndələri təmsil olunurlar. Qarşılıqlı əməkdaşlıq məqsədilə adıçəkilən şirkətlərin təmsilçiləri ilə bir qrup yerli turizm şirkətlərinin nümayəndələrinin görüşü keçirilib.
Həmçinin Azərbaycanın turizm potensialının Türkiyə mətbuatında işıqlandırılması məqsədilə cari ilin 3-10 aprel tarixində Türkiyənin "Beyaz TV" kanalının "Dünya Turu" proqramının 3 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər ediblər. Press-turun təmsilçiləri paytaxt Bakıda, eləcə də Quba, Qusar, Qəbələ, Şəki rayonlarında çəkilişlər aparırlar. Çəkilişlərin nəticəsi olaraq, Türkiyənin "Beyaz TV" kanalının "Dünya turu" verilişində Azərbaycan haqqında materialın 3 dəfə yayımlanması nəzərdə tutulub.
Milli.Az
İqtisadiyyat
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycana info-turlar və press-tur təşkil edildi
5 Aprel 2013 20:25
Baxış: 526

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
Bu şəxslərin maaşı 2 min manata çatdı
-
Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdi
-
Pirallahı rayonunda sahibkarlarla görüş keçirilib - FOTO
-
VTB (Azərbaycan) 2-ci rübdə nə qədər biznes krediti verib?
XƏBƏR LENTİ
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri
-
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
-
Klublar dünya çempionatında "qaz vurub, qazan doldurdular"
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın