Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, əməkçilərin istək, irad və arzuları dinlənilib, MMC-nin direktoru İxtiyar Axundov, ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov tərəfindən onların əməkhaqlarının artırılması, sosial və tibbi sığorta, əmək məzuniyyətinin verilməsi şərtləri və başqa məsələlərlə bağlı sualları cavablandırılıb, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun izahatlar verilib.
Söylənilən istək və iradların bir hissəsinin əsassız olduğu görüş iştirakçılarının nəzərinə çatdırılıb, əsaslı məsələlərin araşdırılacağı və bu barədə əlavə məlumat veriləcəyi bildirilib. Qeyd olunub ki, bir neçə aydır MMC-nin əməkçiləri həyat, risklər və təhlükəsizlik üzrə sığorta olunublar, tibbi sığorta müqaviləsi də artıq imzalanıb və aprelin 1-dən qüvvəyə minəcək. Əmək məzuniyyətlərinin verilməsi ilə bağlı məsələlər işçinin və işəgötürənin istəyi ilə deyil, mövcud qanunvericiliyə uyğun aparılır. Eyni zamanda o da nəzərə çatdırılıb ki, öz istək və təklifləri haqqında MMC rəhbərliyinə yazılı və ya şifahi şəkildə heç bir məlumat vermədən işlərin yarım iş günü ərzində dayandırılması qanunvericiliyə uyğun deyil və bu, iş yerinin qanunsuz tərk olunması kimi qiymətləndirilə bilər.
"Bos-Shelf" MMC-nin qarşıdakı dövrdə Azərbaycan neft sənayesində həyata keçiriləcək irimiqyaslı layihələrə cəlb ediləcəyini və bunun üçün kollektivin daim öz üzərində işləməli olduğunu vurğulayan ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qaldırılan əsaslı məsələlərin təcili şəkildə araşdırılması və şirkət rəhbərliyinə məruzə edilməsi ilə bağlı tapşırıqlar verib, bu məsələlərin qısa müddətdə həllini tapmalı olduğunu söyləyib. O xüsusi olaraq qeyd edib ki, hər bir işçinin öz fərdi inkişaf planı olmalı, əməkdaşlar daim öz peşəkarlıq dərəcəsinin artırılması qayğısına qalmalıdırlar. Yalnız bu zaman birgə müəssisə neft-qaz bazarında rəqabətə davam gətirə biləcək və yeni müqavilələr qazanacaq.
ARDNŞ-nin vitse-prezidenti "Bos-Shelf" MMC-nin kollektivini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Suleyman Mikayılov da iştirak edib.
Milli.Az
İqtisadiyyat
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
ARDNŞ: ""Bos-Shelf"də işlərin dayandırılması iş yerinin qanunsuz tərk olunması kimi qiymətləndirilə bilər"
18 Mart 2013 20:49
Baxış: 1 213

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan qazının Suriyaya ixracına başlanıldı - YENİLƏNİB - FOTO
-
Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir - Nazir
-
Pensiyaçıların nəzərinə!
-
İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO
-
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
-
Kredit kartları ilə bağlı Vacib DƏYİŞİKLİK: Limitlər azaldıldı
XƏBƏR LENTİ
-
İstirahət günü Bakıda 39 dərəcə isti olacaq
-
27 yaşlı gəlini əri öldürübmüş - Kamp qurarkən yaxalandı - FOTOlar
-
Azərbaycan qazının Suriyaya ixracına başlanıldı - YENİLƏNİB - FOTO
-
Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir - Nazir
-
BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət etdi
-
Tanınmış aktrisamız vəfat etdi - FOTO
-
Hər gün şokolad yemək sağlamlığa zərərdirmi, yoxsa faydalıdır?
-
Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı - VİDEO - FOTOlar
-
Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı - FOTO
-
Zelenski Putinə danışıqlar təklif etdi
-
Yaxın Şərqin səma qambiti: İsrailin üstünlük dövrü başa çatır?
-
Ukrayna Aİ-yə üzv olmaq üçün eynicinsli nikahları tanımalıdır
-
Bu gün 41 dərəcə isti GÖZLƏNİLİR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Daha bir ölkədə güclü zəlzələ oldu
-
Bu şənbə dörd bürcü uğur dalğası bürüyəcək: Onlardan biri sən ola bilərsənmi?
-
"Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" - Bayden
-
Azərbaycan qazı Ukraynada: Trans-Balkan marşrutu ilə yeni enerji xəritəsi
-
Qatığın içinə 1 qaşıq əlavə edib yeyin - Şişkinliyi kökündən yox edir
-
Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi
-
Səhər oyana bilməyənlər bunu etsin
-
Saç niyə tökülür və keçəlliyə çarə varmı? - Mütəxəssislər izah edir
-
40 dərəcə istidə niyə çay içirik?