İqtisadiyyat

KOB-lara təlimlər, məsləhət xidmətləri və biznes planların hazırlanması üzrə geniş dəstək təqdim olunub

22 Yanvar 2026 11:09
Baxış: 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci ildə KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 751 təlim təşkil olunub.

Bakı şəhərini və regionları əhatə edən təlimlər KOB-ların ehtiyaclarına uyğun olaraq satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, "yaşıl iqtisadiyyat" və digər mövzuları əhatə edib. Agentliyin video təlim platformasında yerləşdirilmiş onlayn təlim videolarından, təlim materialları və özünüqiymətləndirmə testlərindən isə 475 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Ötən il KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 340 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.
Agentlik 2025-ci ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 288 biznes planın hazırlanmasına dəstək verib.

Ümumilikdə, 2025-ci ildə KOBİA-nın KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 7 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Bu dəstək və xidmətlər canlı və onlayn rejimdə olmaqla, tamamilə ödənişsiz təqdim edilib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.