İqtisadiyyat

Yenilənmiş Toyota Corolla Cross: Texnoloji praktikliyin zərif nümunəsi

11 Avqust 2025 13:10
Baxış: 829
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Toyota SUV rahatlığını müasir zəriflik və qabaqcıl hibrid texnologiyası ilə birləşdirən yenilənmiş Corolla Cross modelini ölkəmizdə təqdim etdi. Sürücülərin ehtiyaclarına tam uyğunlaşdırılmış bu modelin bir çox üstünlükləri var.

Yeni "Corolla Cross"un dam örtüyündə istifadə edilmiş materiallar səssizliyi maksimuma çatdırır. Bununla yanaşı, yeni salon işıqlandırmaları, qızdırılan oturacaqlar, sükan və bir çox üstünlüklər sürücü və sərnişinlərə komfortlu sürüş təcrübəsi yaşadır.

Hava axınını optimallaşdıran bal pətəyi formalı ön barmaqlıqlarla yanaşı, LED ön və arxa işıqlar da SUV-nin xarici görünüşünə müasirlik qatır. Yüksək sinif modellərdə adaptiv uzaq məsafə faraları (AHS) sürücünü optimal görüş imkanı ilə təmin edir. Arxa işıqlardakı aerodinamik çıxıntılar, 18 düymlük təkərlər və Corolla Cross loqosu isə avtomobilə güclü duruş və fərqli xarakter bəxş edir.

Daha geniş mərkəzi konsol, yenilənmiş sürətlər qutusu, əlavə smartfon saxlama yeri və simsiz enerji doldurma funksiyası kimi praktiki dəyişikliklər sürücülərin rahatlığının qeydinə qalır. Bundan əlavə, Android cihazlara enerji doldurma sürətinin artırılması ilə mobil cihazla avtomobil arasındakı əlaqənin keyfiyyəti yaxşılaşdırılıb.
Yeni Corolla Cross "Toyota"nın beşinci nəsil hibrid sistemi olan "Hybrid 200" ilə təchiz olunub. Bu, "Toyota"nın karbon neytrallığına yönəlmiş strategiyasına tam uyğun olmaqla yanaşı, Azərbaycan bazarında hibrid avtomobillərə olan marağın dəstəkçisidir.

Toyota T-Mate təhlükəsizlik sistemi bütün modellərdə standart olaraq təqdim olunmaqla bərabər, üçüncü nəsil Toyota Safety Sense, avtomatik sistem yeniləmələri və qabaqcıl sürücü yardım funksiyalarını özündə birləşdirir.
10,5 düymlük sensorlu ekran və 12,3 düymlük rəqəmsal cihaz paneli də ölkəmizdə təzəcə satışa çıxan bütün yeni Corolla Cross modellərində standart olaraq təklif edilən başqa bir üstünlükdür.

Qeyd edək ki, yeni Corolla Cross bir neçə komplektasiyada artıq Azərbaycan bazarında rəsmi satışdadır. Ətraflı məlumat əldə etmək üçün rəsmi Toyota dilerləri ilə əlaqə saxlamaq və ya www.toyota.az veb-saytına keçid etmək kifayətdir.

Toyota Bakı Mərkəzi - (+994) 12 496 70 10 və ya (+994) 12 496 70 11
Toyota Abşeron Mərkəzi - +994 12 349 00 60 və ya *0110
Toyota Gəncə Mərkəzi - (+994) 22 259 25 25

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.