İqtisadiyyat

Bakıda orta aylıq əməkhaqqı artıb

29 Dekabr 2025 15:32
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357,5 manat olub.

Milli.Az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur.

Xatırladaq ki, ümumi ölkə üzrə isə 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.