İqtisadiyyat

Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb

14 İyul 2025 12:10
Baxış: 425
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ümumilikdə birinci yarım il ərzində ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin artırılması, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edilib.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq,475 milyon manata çatıb və kredit portfelindəki payı 41%-i ötüb. Biznes portfelin tərkibində mikro kreditlərin də payında kəskin artım qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 40 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 108 milyon manat təşkil edib.

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: 

"2025-ci ilin ilk yarısı Unibank üçün davamlı inkişaf və strateji sabitliyin möhkəmləndiyi dövr oldu. Müştəriyönümlü yanaşmamız, rəqəmsalbankçılığın daha da təkmilləşdirilməsi və daxili idarəetmə sistemlərində aparılan optimallaşdırmalar nəticəsində əhəmiyyətli nəticələr əldə etdik. Qarşımızda duran əsas hədəf - innovativ, şəffaf və inklüziv maliyyə mühiti yaratmaqdır. İlin ikinci yarısında bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməyi və ölkəmizin sosial-iqtisadi inkişafına daha çox töhfə verməyi planlaşdırırıq."

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. İkinci rübün sonuna nağdsız əməliyyatların həcmi 6,9 milyard manatı, sayı isə 214 milyonu ötüb.

Bankın müştəri bazası ötən il ilə müqayisədə9% artdığı üçün ümumi müştəri sayı 2,1 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36%, hüquqi şəxslərin sayı isə 20%-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin68 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.

Bankın məcmu gəlirlərinin cəmi 178milyon manata çatıb.Hesabat dövründə əməliyyat mənfəəti 25 milyon manata yaxınlaşıb, xalis mənfəət isə 6,9 milyon manat təşkil edib.

Bankınkapitalvəaktivbazasında da artımdavamedib. Məcmukapital 14% artaraq, 192milyonmanataçatıb, aktivlərinhəcmiisə129 milyonmanatartaraq 1,8 milyardmanatıötüb.

Bank ilk yarımil ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 iyun 2025-ci il tarixə 13,55 % təşkil edib.

Unibank - Sənin Bankın!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.