İqtisadiyyat

Qızılın qiyməti yeni rekorda imza atdı

11 Aprel 2025 10:10
Baxış: 1 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3 212 dollara satılıb.

Milli.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 02:33-ə olan məlumata görə, qiymətli metalın unsiyası 3209,7 dollar (+2,17%), 02:48-də isə 3212 dollara (+2,24%) ticarət edilib.

Analitiklər hesab edirlər ki, dünyada qızılın qiymətinin bahalaşmasına Amerika Birləşmiş Ştatlarının 185 ölkə ilə ticarət müharibəsi səbəb olur. Burada, həmçinin qiymətli metalın təhlükəsiz aktiv kimi cəlbediciliyi rol oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.