Ev almaq istəyənlərin nəzərinə! - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı son dövrlərdə xüsusilə nəzərə çarpır. 2025-ci ilin birinci rübündə mənzillərin qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Bu artım həm yeni, həm də təkrar bazar mənzillərində müşahidə olunub və iqtisadi şərtlərin dəyişməsi ilə əlaqədar müxtəlif faktorlar üzərində dayanılır. Ekspertlər qiymət artımının əsas səbəbləri arasında manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, daşınmaz əmlakın investisiya olaraq daha cəlbedici hala gəlməsi və bazardakı tələbin artması kimi faktorları qeyd edirlər. Eyni zamanda, qəzalı binaların sökülməsi və ipoteka kreditlərinin artması da bu bahalaşmada mühüm rol oynayıb. Bu vəziyyət bazarda yeni dinamikanın yaranmasına və ev alqı-satqısında dəyişikliklərə səbəb olub.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiyməti 2024-cü ilin eyni dövrünə nisbətən ortalama 14,4 faiz qalxıb. Artım ilk dəfə satışa çıxan mənzillərin qiymətində 12,9 faiz, təkrar bazarda isə 14,4 faiz təşkil edib. Qiymət artımı sözügedən dövr üzrə inflyasiya göstəricisindən 2,6 dəfə çox olub.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə bu artımın iqtisadi əsasları var:
"Həm manatın alıcılıq qabiliyyəti, həm də daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi və hazırda Azərbaycanda kapital yığımının əsas istiqamətlərindən biri kimi müəyyən olunması evlərin qiymətlərinin artmasına səbəb olur". Vüqar Oruc deyir ki, mənzillərin bahalaşmasının digər səbəbi qəzalı binaların sökülməsinə başlanılmasıdır. Prosesin mənzil bazarında tələbatın artacağı ilə bağlı gözləntilər yaratması qiymətlərin yüksəlməsinə səbəb olur".
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bahalaşmanı ipoteka kreditlərinin verilməsi ilə əlaqələndirir. Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında bildirilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım davam edib. Bütövlükdə rəsmi statistikaya görə, 2020-ci ilin sonu ilə müqayisədə 2024-cü ilin eyni dövründə mənzillərin qiymətləri orta hesabla 32,4 faiz artıb.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)





