İqtisadiyyat

Hər gün işlətdiyimiz bu məhsul bahalaşıb 2 manat oldu - VİDEO

7 Mart 2025 23:14
Baxış: 1 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti bahalaşıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 20 gündür ki, bazarlarda ən bahalı kartof 2 azn-ə, ən ucuzu isə 1,20 azn-ə satılır.

Satıcılar deyir ki, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması, xaricdən də kartof idxalının azalmasıdır.

Satıcıların sözlərindən belə başa düşdük ki, hazırda bazarda daha çox yerli kartof var.

İqtisadçılar isə bahalaşmanın 2 səbəbinin olduğunu deyir. Onların fikrincə xaricdən kartof idxalı azalıb. Digər bir səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu 2 səbəb kartofun qiymətinə təsir edir. 

Qeyd edək ki, 2024-cü ildə ölkədə 1 milyon tona yaxın kartof  istehsal olunub. Onun da 48,3 min tonu xaricə ixrac edilib.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.