İqtisadiyyat

"KOB bazar" satış yarmarkası başlayır

4 Mart 2025 10:46
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.

Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı və qida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədilə martın 5-dən etibarən "KOB bazar" satış yarmarkasına start verilir.

Yarmarka Binəqədi rayonunda Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşir. Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.

"KOB bazar"ın üstünlükləri:

Təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsulları;
Məhsulları birbaşa istehsalçıdan almaq;
Ucuz və sərfəli qiymət;
KOB-ların məhsullarının satışına dəstək.
Bakı sakinlərini və şəhərimizin qonaqlarını alış-verişləri üçün martın 5-dən fəaliyyət göstərəcək "KOB bazar"a dəvət edirik.

Qeyd edək ki, "KOB bazar" satış yarmarkası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə, dövlət dəstəyi hesabına fəaliyyət göstərəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.