İqtisadiyyat

Hansı sektorlarda qiymət artımı ola bilər? - Ekspert AÇIQLADI

27 Fevral 2025 07:15
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bir çox əsas mal və xidmətlərdə qiymətlər qalxırsa, qısa müddətdə o bütün sahələri əhatə etməlidir. Buna görə də bərbərə "sən ki xammal işlətmirsən, bir qayçı bir daraqdır, niyə qiyməti qaldırırsan?" demək doğru deyil. Balıq tutub satana "sən balıq yemi almamısan axı niyə qiyməti qaldırırsan" demək doğru deyil. Çünki onlar da bu iqtisadi çoxluğun elementləridir. Onların ailəsinin, uşağının xərcləri artmışdır və bu xərcləri ödəmək üçün öz xidmətlərinin qiymətini qaldırmağa məcburdurlar".
 
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, buna görə də peşəkarlar bu qəbildən olan qiymət artımlarına qarşı çıxmazlar.
 
"Amma elə qiymət artımları var ki buna qarşı çıxmaq həm peşəkarın, həm də dövlətin borcudur. Məsələn, internet qiymətləri, mobil xidmətlər və s. Məsələn, yenicə mobil opreatorlardan biri dəqiqəsi 7 qəpik müəyyən edilən bir qiymətin 10 qəpiyə qaldırdığını bildirirlər. Bu 50 faizlik bir artım deməkdir. Bunun adı nədir? Bu bir adi misaldır. Digərlərini siz yaza bilərsiz.
Demək istədiyim odur ki, insanlar daha çox qiymət artırmaqda əlində tilov olanı, qayçı-daraq tutanı, avtobus sürəni, piştaxta arxasında pomidor-xiyar və ya yumurta satanı görür və onları işbaz adlandıraraq, qiymət artımında günahlandırır. Amma vallah, billah, onlar istəsələr də bunu edə bilməzlər.
Ümumiyyətlə, bir sadə reallığı bilmək lazımdır. Əgər bir malın satıcısının və ya bir xidməti göstərənin sayı onlarladırsa, yüzlərlədirsə orda süni qiymət artımından söz gedə bilməz. Amma hansı sahədə ki onların sayı barmaqla sayılacaq qədər bir neçə olur, onda vəziyyət dəyişir".
Ekspert qeyd edib ki, dövlətin işi rəqabət yaratmaq üçün onların sayını artırmaqdır.
 
"Yenisi yaratmaq mümkün olmadıqda isə mövcudları parçalamaq hesabına bunu etmək olur. Dünyada yetəri qədər belə təcrübələr vardır. Məsələn, ən məşhur hadisələrdən biri 1911-ci ildə Standard Oil inhisarının parçalanmasıdır. Standard Oil şirkəti John Rockefeller tərəfindən qurulmuşdu və XIX əsrin sonlarınd ABŞ-ın neft bazarının böyük hissəsini ələ keçirmiş və rəqabəti demək olar ki, məhv etmişdi. 1911-ci ildə ABŞ Ali Məhkəməsi şirkətin bazarı zəbt etməsi səbəbilə onu bir neçə daha kiçik şirkətə bölməyə qərar verdi. Nəticədə, Standard Oil bir neçə hissəyə ayrıldı, məsələn, Exxon, Mobil, Chevron və Amoco kimi böyük neft şirkətləri yaranmış oldu və rəqabət başladı".
 
Asya
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.