Kredit faizləri ilə bağlı VACİB AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır. Son illər kredit faizlərinin aşağı düşəcəyi gözləntiləri olsa da, əksinə kredit faizlərində artımlar qeydə alınmaqdadır. Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Kredit faizlərindəki artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir.
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov kredit faizlərinin yüksəlməsinin səbəbləri ilə bağlı öz fikirlərini bölüşüb.
O bildirib ki, Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar: "O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 faiz olduğunu açıqlayıb. 1 il sonra Mərkəzi Bank ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğunu, faiz dərəcəsinin isə cüzi olsa da artaraq 12.58 faizə çatdığını bəyan edib. Nəhayət, bu il yanvarın 1-ə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da, kredit faizləri də yüksələrək 13.19 faiz olub".
V.bayramov vurğulayıb ki, göründüyü kimi, son 2 ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib: "Nəzərə almaq lazımdır ki, ölkə üzrə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlər təsir göstərir. Reallıqda isə, istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyili yüksəkdir".
Deputat qeyd edib ki, kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır: "Son bir ildə sistem əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki, kredit faizlərinin yüksəlməsi əhalinin daha bahalı borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi





