2025-də qızılın qiyməti bu qədər olacaq - ABŞ bankı AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bank of America analitikləri 2025-ci ilin ikinci yarısında qızılın unsiya qiymətinin 3 min dollara çatacağını proqnozlaşdırır.
Milli.Az xəbər verir ki, bank, mövcud konsolidasiya dövrünün uzanması səbəbilə investorların səbirli olmalarını tövsiyə edərək, iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliklərin təhlükəsiz liman tələbatını artıra biləcəyini vurğulayıb. Qızıl qiymətlərinin 2025-ci ildə orta hesabla unsiya başına 2 min 750 dollar səviyyəsində qalacağı gözlənilir.
Bununla yanaşı, analitiklər mövcud konsolidasiya dövrünün davam etməsi səbəbilə investorların səbirli olmalarının vacib olduğunu qeyd edirlər. Bankın metal araşdırmaları rəhbəri Maykl Vidmer, qızılın hazırda investorları cəlb edəcək açıq bir katalizatorun olmadığı bir mühitdə sıxışıb qaldığını ifadə edib.
ABŞ-ın ən böyük ikinci bankı, Çin tələbinin aşağı səviyyədə qalması və Qərbli investorların yüksək istiqraz gəlirləri və güclü ABŞ dolları səbəbilə yeni ildə qızıl bazarında çətinliklərlə üzləşəcəyini bildirib. Analitiklərə görə, Tramp administrasiyasının iqtisadi artım, yüksək inflyasiya, faiz artımları və daha güclü dollar kimi siyasətlər həyata keçirməsi qızılın qısamüddətli cazibəsini azalda bilər.
2025-ci il üçün iqtisadi proqnozlar və qızıl
Bank of America-nın sabit gəlir strategiyaları üzrə mütəxəssisləri, potensial ticarət tarifləri və iqtisadi prioritetlərin Fed-in yumşalma dövrünü yavaşlata biləcəyini bildirir. 2025-ci ildə mart və iyun aylarında olmaqla iki faiz azaldılması gözlənilir. İqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliklərin qızıl və gümüşə olan təhlükəsiz liman tələbatını artıracağı da gözləntilər arasındadır.
Bütün bu çətinliklərə baxmayaraq, 2025-ci ildə qızıl qiymətlərinin orta hesabla unsiya başına 2 min 750 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır. Bank, geosiyasi çalxalanmalar və iqtisadi qeyri-müəyyənliklərin təhlükəsiz liman aktivlərinə olan tələbi artıraraq qızıl qiymətlərini dəstəkləyəcəyinə inanır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
XƏBƏR LENTİ
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"





