Bu şəxslər əlavə 300 manat alacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılacağı açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məlumatına görə, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Milli.Az bildirir ki, Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Deputat qeyd edib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər:
"Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.
Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq".
"Bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir.
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir", - deyə V.Bayramov bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Bərdədə yeniyetmənin törətdiyi ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib (Foto)
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi





