COP29 ümid Sammitidir - Britaniyalı fəal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COP29 ümid Sammitidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "War on Want" təşkilatının direktoru, britaniyalı fəal Asad Rehman "İqlim ədaləti uğrunda qlobal kampaniya" mövzusunda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, insan hüquqlarının və ədalətin təmin edilməsi bərabərlik və hörmətə əsaslanan cəmiyyətin inkişafı üçün vacibdir.
"Biz burada ümid və ədalətə sadiq qalaraq, bir araya gəlmişik və bu mesajların bütün dünyada eşidilməsini istəyirik. Biz görürük ki, müasir çağırışlar - ədalət axtarışı, insan hüquqlarının və qanunun aliliyinin qorunması kimi əsas dəyərlər bütün xalqlar üçün hələ də ən vacib təməl prinsiplərdir. BMT və Beynəlxalq məhkəmələr tərəfindən tanınan beynəlxalq hüquq bizi qlobal sülh, insan hüquqları və cavabdehlik üçün fəaliyyətə çağırır. Bu prinsiplər bizi birləşdirən universal dəyərlərdir və daha yaxşı gələcək üçün meyar rolunu oynayır", - o bildirib.
"Biz sülh və əməkdaşlıq səylərini dəstəkləyirik. Qlobal vətəndaş cəmiyyətinin nailiyyətləri və müxtəlif ölkələrin insan hüquqlarının müdafiəsinə verdiyi töhfə birgə hədəflər uğrunda birləşəndə əldə edilən tərəqqini nümayiş etdirir. Biz bilirik ki, BMT kimi beynəlxalq institutlar bu prinsipləri qorumaq üçün yaradılıb və onları dəstəkləməkdə qərarlıyıq. Bu COP sammiti ümid sammitidir. O, ölkələr və xalqlar üçün iqlim ədaləti və sülhə nail olmaq istiqamətində səyləri birləşdirmək üçün bir fürsətdir. Sammit qlobal çağırışların öhdəsindən gəlməkdə həmrəylik və əməkdaşlığın vacibliyini əks etdirir", - A.Rehman əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir





