İqtisadiyyat

"Türk İnvestisiya Fondu tezliklə tam fəaliyyətə başlayacaq "

6 Noyabr 2024 08:27
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk İnvestisiya Fondu tezliklə tam fəaliyyətə başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu TDT-nin baş katibi Kubanıçbek Omurəliyev Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirliyi rəhbərlərinin görüşündən əvvəl deyib.

O, türkdilli ölkələrin müxtəlif təşkilatlar, o cümlədən TÜRKSOY və Parlament Assambleyası çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Amma eyni zamanda 500 milyon dollar portfellə Türk İnvestisiya Fondu yaradıldı. Fond artıq işə başlayıb və ilk layihələr gəlir. Düşünürəm ki, o, tezliklə tam əməliyyat fəaliyyətinə başlayacaq", - deyə Ömurəliyev bildirib.

TDT-nin baş katibi əlavə edib ki, fondun fəaliyyəti biznesin və qarşılıqlı ticarətin inkişafına yönəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.