İqtisadiyyat

Bu yağlar kəskin bahalaşdı

19 Sentyabr 2024 10:48
Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yağların qiymətində kəskin artım müşahidə olunur.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, 180-200 qramlıq yağların qiyməti 5 manatı keçib.

Belə ki, marketlərdə "Vestqold"un 180 qramlığı 5 manat 44 qəpik, "Ankor"un 200 qramlığı isə 5 manat 28 qəpikdir.

Bahalaşmadan narazı olan alıcılar deyirlər ki, ötən ay həmin yağların satış qiyməti 4 manat olub:

"200 qramlıq yağın qiyməti 6 manata çatır. Elə adam var ki, mədəsində problem olur, başqa yağı yeyə bilmir, məcburdur, bunlardan alsın. Amma qiymətlər od tutub yanır. Bütün məhsulların qiyməti qalxıb. Aldığımız maaş bazarlığa çatmır. Hər ay qiymətlər 1-2 manat artır. Belə olmaz axı!".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.