“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14 İyun - Ümumdünya Qan Donoru Günü ərəfəsində "Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu" keçirilib. Forum Qırmızı Ürəklər Fondu, Qan Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və "Fairmont Baku" otelinin birgə tərəfdaşlığı ilə baş tutub.
Forumun məqsədi qan donorluğunun inkişafına dəstək olmaq, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasını təşviq etmək və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası istiqamətində cəmiyyətin maarifləndirilməsi idi.
Forumu çıxış sözü ilə açan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bu xüsusi günün yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıb. "Bu gün xüsusən bölgələrimizdə qan donorluğunun təbliğinə ehtiyac var. Doğrudur, bu isiqamətdə bir çox təbliğat xarakterli işlər görülür, amma bu işlərin miqyasını genişləndirmək olduqca vacibdir. Düşünürəm ki, bizim bugünkü forumda irəli sürülən təşəbbüslər yaxın gələcəkdə daha gözəl nəticələrin əldə olunmasına kömək edəcək".
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə fondun könüllük istiqamətində gördüyü işlərdən və bu sahədə bütün qurumların birlikdə fəaliyyətinin önəmindən danışıb. "Biz fond olaraq korporativ sosial məsuliyyətimizi dərk edir və vaxtaşırı bu istiqamətdə bir çox layihələr həyata keçiririk. Eyni zamanda bu mövzuda burada iştirak edən bütün aidiyyatı qurumlar ayrı-ayrılıqda maraqlı təbliğat işləri görürlər. Bu təcrübələri bölüşmək və birləşdirmək cəmiyyətimiz üçün qan donorluğunun daha da artması istiqamətində böyük və faydalı nəticələrə gətirib çıxaracaq. Forumun əsas məqsədi və bu görüşdən gözləntimiz də elə budur".
Forumun davamı olaraq tədbirdə iştirak edən 25 gənc "Gənc qan donorlarının ictimai müzakirə platforması" layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimlərdə iştirak edəcəklər. Daha sonra onlar yaşadıqları regionlarda gənclər arasında "könüllü donorluq şəbəkəsi"nin qurulmasına cəlb olunacaqlar.
Tərəfdaşların rəsmi nümayəndələrinin, millət vəkillərinin və cəmiyyətin ziyalı şəxslərinin iştirak etdiyi tədbirin təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə Kapital Bank da Məkrəzi Qan Bankı və Qan Donorları Assosiasiyası tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
Qeyd edək ki, "Red Hearts" - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planlar və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət" bölməsinə daxil olub ianələr etmək olar.
DİGƏR XƏBƏRLƏR
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





