İqtisadiyyat

Azərbaycanda bu zavod bağlanır

27 Aprel 2024 09:14
Baxış: 4 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Milli.Az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb.

Səhmdarların ümumi yığıncağına ASC-nin ləğvi, bununla bağlı İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi və s. məsələlər daxildir.

Xatırladaq ki, "Qazax Konserv Zavodu" 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. "Azərsun Holdinq" MMC-yə məxsus müəssissə son illər zərərlə işləyir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.