Cahangir Cahangirov adına Xorun “Ver sözə ehya” adlı konsert proqramı keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzinin tabeliyində Cahangir Cahangirov adına Xorun "Ver sözə ehya" adlı konsert proqramı təqdim olundu. Bəstəkarın xatirəsinə həsr olunan konsert proqramında xor bu dəfə tamaşaçıların görüşünə fərqli repertuar ilə gəldi. Xorun bədii rəhbəri və dirijoru, Əməkdar müəllim Təranə Yusifova tərtib etdiyi proqrama Ü.Hacıbəyli, Cahangir Cahangirov, Ramiz Mustafayevin əsərləri ilə yanaşı müasir işləmələr də əlavə etmişdi.
Tədbirin aparıcısı Saleh Bağırov ilk olaraq Azərbaycanda xorun yaranma tarixi və inkişafı haqqında məlumat verdi. Müasir xor sənətimiz və onu yaşadanlar xatırlandı.
Daha sonra xorun ifasında bir-birindən maraqlı repertuar təqdim olundu. Xorun konsertinə dəstək verən Xalq artistləri Teyyub Aslanov, Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və ifaçı Vasif Hüseyn muğam, poeziya və etno-caz səpkili duetləri ilə gecəni daha da rövnəqləndiriblər. Konsertmeyster Əməkdar artist Nərgiz Əliyevanın müşayiəti ilə xorun ifasında həmçinin müasir dövrün yeni işləmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də səsləndi. Gənc ifaçılar Nigar Cəlilova və Orxan Hüseyn solo ifaları ilə xora dəstək oldular, xalq mahnılarımızdan parçalar, caz imporivizələri ilə bəzədilər proqramı. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsi şagirdlərinin çıxışları da maraqla qarşılanıb. Rejissor Mirsahib Qabiloğlunun quruluş verdiyi konsert musiqi-poeziya və ifa nömrələrinin həmahəngliyi ilə yadda qaldı. Məhəmməd Füzulinin və müasir dövr şairlərimizin muğam və musiqiyə həsr olunan poeziya nümunələrinin xorun repertuarına uyğun seçilib səslənməsi də tamaşaçıların böyük marağına səbəb oldu.
Xatırladaq ki, Azərbaycanda xor sənətinin yaranması və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Hazırda Cahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə Üzeyir bəy tərəfindən yaradılıb. Kollektivə bir müddət bəstəkarın özü rəhbərlik edib, bir müddət sonra isə kollektivə rəhbərliyi gənc bəstəkar Cahangir Cahangirova həvalə edib. Üzeyir bəy Azərbaycan xalq mahnılarını xor üçün işləyərək gənc bəstəkarlara da bu işi davam etdirməyi tövsiyə edib. Uzun illər Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivi olmuş kollektivin sənət yolunda Xalq artisti Ramiz Mustafayevin də böyük əməyi var. O, 50-ci illərdən ömrünün sonunadək xorun bədii rəhbəri olub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





