Yeni Kaledoniyadakı iğtişaşlar Fransanın neokolonial siyasətinin uğursuzluğunu sübut edir - La Gazette du Caucase
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Kaledoniyadakı iğtişaşlar Fransanın neokolonial siyasətinin uğursuzluğunu sübut edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın La Gazette Du Caucase nəşrində dərc olunan məqalədə deyilir.
Materialın müəllifləri qeyd edir ki, Fransa neokolonializmindən əziyyət çəkən Afrika və Asiya xalqları bu gün Azərbaycandan mühüm dəstək görür.
"Qoşulmama Hərəkatının ozamankı sədri Azərbaycan 2023-cü ilin iyulunda müstəmləkəçiliyin tam ləğvini hədəfləyən Bakı Təşəbbüs Qrupunu yaradıb. Qrup muxtariyyət və ya müstəqillik tələb edən xalqları dəstəkləmək və onların BMT-nin müstəmləkəçilikdən azad edilməli ölkələr siyahısına daxil edilməsinə nail olmaq məqsədi daşıyır. Bu siyahıya artıq Fransa Polineziyası və Yeni Kaledoniya daxildir. Metropoliyanın hüdudlarından kənarda daha böyük sahədə ərazilərə malik olan Fransa, təbii ki, bu prosesin mərkəzindədir", - deyə məqalədə qeyd olunub.
Bundan başqa, müəlliflər qeyd edir ki, Fransa keçmiş müstəmləkə xalqlarının Bakı ilə yaxınlığından son dərəcə narahatdır və özünün Qarabağdakı separatçı erməniləri fəal şəkildə dəstəklədiyini unudur ki, bu da Fransanın özünün də imzaladığı dörd BMT qətnaməsi ilə ziddiyyət təşkil edir.
"Sol əl sağ əlin etdiklərindən xəbərsiz olduqda... Bu dəstək bu gün Bakı ilə İrəvan arasında Fransanın iştirakı olmadan imzalanan sazişlərin fonunda heç bir əhəmiyyət kəsb etmir.
Məhz enerji ehtiyatları üzərində nəzarət Avropaya hökmranlıq verdi. Bu gün yeni sənaye sahələri üçün zəruri ehtiyatlar Qərbin hüdudlarından kənarda - Afrikada, Yaxın Şərqdə və Asiyada yerləşir. Qərb tərəfindən müstəmləkələşdirilən bu regionların xalqları müstəqil olma prosesindədirlər. Bu, keçmiş əzəməti üçün nisgillənən Qərbin xoşuna gəlməyə bilər, lakin yeni dünya artıq yaranmaqdadır.
Bu yeni dünyanın insanları artıq onlara çürüyən Qərbin vassalları kimin baxılması ilə barışmırlar. Bunu dərk etməyən Qərb öz çöküşünü sürətləndirir, çünki bu xalqları özünün bərabər hüquqlu müttəfiqləri və tərəfdaşları etmək yerinə, o qazana bilmədiyi və son nəticədə diskriminasiya, bəzən isə hətta soyqırım siyasəti vasitəsilə onu daxildən məhv edəcək iqtisadi, mədəni və hərbi müharibədə özü üçün düşmənlər yaradır. Fransa tarixdən geri qalır - bu ölkə üçün kədərli taledir", - deyə sonda qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi





