İqtisadiyyat

"Alibaba" Azərbaycana gəlir

6 Mart 2024 10:34
Baxış: 2 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən məşhur şirkətlərindən olan "Alibaba" Azərbaycan bazarına daxil olur.

Milli.Az bildirir ki, "Alibaba Group"un Qlobal Strateji Tərəfdaşlığının rəhbəri Tim Sonqun dediyinə görə hazırda Azərbaycan bazarının tələbatını təhlil edilir.

"Azərbaycanın unikal potensialı var və məqsədimiz unikal məhsul və xidmətlərlə beynəlxalq arenada seçilməkdə kömək etməkdir", - bildirən Tim Sonq AZPROMO ilə "Alibaba Group" arasında  Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

Məlumat üçün bildirək ki, ölkəmizdə də kifayət qədər məşhur alış-veriş platforması olan "Aliexpress" "Alibaba Group"a məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.