Avropa Liqasının qrup mərhələsini sonuncu turunda "Hekken"ə qarşı keçirilən qarşılaşmada qırmızı vərəqə alan "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçin cəzası müəyyənləşib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, UEFA monteneqrolu müdafiəçini bir oyunluq diskvalifikasiya edib. Müdafiəçi Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçirilən oyunu buraxacaq.
Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun