İqtisadiyyat

Azərbaycanda yararsız məhsullar satan mağazalar açıqlandı - SİYAHI

20 May 2010 19:13
Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları aşkarlanıb.

Milli.Az xəbər portalına nazirlikdən verilən məlumata görə, monitorinq nəticəsində ümumi çəkisi 520 kiloqramdan artıq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, konservləşdirilmiş məhsullar, süd və süd məhsulları, yağlar, un məmulatları, sərinləşdirici içkilər, uşaq yeməkləri, meyvə şirələri, alkoqollu içkilər və sair aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Pozuntulara yol vermiş mağazalar bunlardır:

Bakının Yasamal rayonunda
- İnşaatçılar prospekti, ev 38 ünvanında Rafiq Hüseynova məxsus mağazada;
- H.Zərdabi prospekti, ev 87, mənzil 2 ünvanında Famil Nabatova məxsus mağazada;
- A.Şərifzadə küçəsi, ev 131 ünvanında yerləşən "Qəbələ market"də;
- B.Səfəroğlu küçəsi, ev 5 ünvanında yerləşən "Sizin market"də;

Səbail rayonunda
- Y.Məmmədəliyev küçəsi, ev 10, mənzil 1/6 ünvanında yerləşən "The Phoneix" ictimai-iaşə obyektində;
- Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 23 ünvanında yerləşən "Dadım market"də;

Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 70Q ünvanında yerləşən "Firuzə market"də;
- R.Axundov küçəsində yerləşən "Əlincə market"də;
- Ə.Ağayev küçəsində yerləşən "Bərəkət market"də;
- S.Mehmandarov küçəsi, ev 7, mənzil 54 ünvanında yerləşən "Həyat market"də;
- Şəfəq küçəsi, ev 8 ünvanında Oruc Nəsibova məxsus mağazada;
- Neftçilər küçəsi, ev 128 ünvanında yerləşən "Bərəkət market"də;
- M.Gəncəvi küçəsi, ev 8 ünvanında yerləşən "Aysel market"də;
- Sülh küçəsi, ev 33 ünvanında yerləşən "Gilavar market"də;
- Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən "Etibar market"də;

Nizami rayonunda

- M.Şərifli küçəsi, ev 80 ünvanında yerləşən "Minə market"də;
- C.Naxçivanski küçəsi, ev 43 ünvanında Məhərrəməli Məmmədova məxsus mağazada;
- Nəsimi küçəsi, ev 16, mənzil 7 ünvanında yerləşən "Araz market"də;

Nəsimi rayonunda
- İ.Qasımov küçəsi, ev 2A ünvanında yerləşən "Delfin market"də;
- Nizami küçəsi, ev 103 ünvanında Museyib Mehdiyevə məxsus mağazada;

Nərimanov rayonunda
- Ak.H.Əliyev küçəsi, ev 109 ünvanında yerləşən "Sərxan market"də;
Xətai rayonunda
- N.Tusi küçəsi, 19 ünvanında yerləşən "Zirvə market"də;
- M.Hadi küçəsi, 2324-cü məhəllədə yerləşən "Qızıl Şəfəq market"də;

Binəqədi rayonunda
- S.Axundov küçəsi, ev 3C ünvanında yerləşən "Bona market"də;
Suraxanı rayonunda
- Qaraçuxur qəsəbəsi, mədən 1 ünvanında yerləşən "Toğrul market"də;
Quba şəhərində
- Bazar ərazisində Rəhim Qədirova məxsus ticarət obyektində;
Balakən şəhərində
- R.Səmədov küçəsində yerləşən "İdeal market"də;
Gəncə şəhərində
- N.Nərimanov prospektində Gəncə Kooperativ Cəmiyyətinə məxsus 19 saylı mağazada;

Ağdam rayonunda

- Quzanlı qəsəbəsində "Final market"də və Bəxtiyar Ağayevə, Süsən Zeynalovaya və Soltan Muxtarovaya məxsus ərzaq mağazalarında;  

Ağstafa şəhərində
- M.Ə.Rəsulzadə küçəsində Elşad Əliyevə məxsus ərzaq malları mağazasında;

Qazax şəhərində
- H.Əliyev prospektində Yolçu Qasımova məxsus ərzaq malları mağazasında;

Qusar şəhərində

- F.Musayev küçəsində yerləşən "555 market"də;

Göygöl şəhərində
- A.Hacıyev küçəsi 22 ünvanında yerləşən "Fərid market"də;
- Aşıqlı kəndində Ramin Əliyevə məxsus ərzaq malları mağazasında.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.