Qiymətlər ucuzlaşacaq - Yeni qərar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər bütün dünyada bahalaşma müşahidə olunur. Ölkə başçısı bu bahalaşmanın Azərbaycana təsirlərini minimuma endirmək üçün əlindən gələni edir. Elə məhz dünən Prezident İlham Əliyevin Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanunu təsdiqləməsi bunun bariz sübutudur.
Qeyd etdiyim kimi, ötən gün ölkə başçısı Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanunu təsdiqləyib. Bu qanunla Azərbaycan Respublikasının 12 fəsil 84 maddədən ibarət Rəqabət Məcəlləsi təsdiq edilib. Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" Qanun III oxunuşda qəbul edilib. Məcəllə "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları özündə ehtiva edir. Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Bəs Rəqabət Məcəlləsi nəyə xidmət edəcək?
Adından da göründüyü kimi bu məcəllə birbaşa olaraq sağlam rəqabət mühiti formalaşdıracaq. Rəqabət olan yerdə isə birmənalı olaraq inkişaf, tərəqqi var. Beləliklə, Rəqabət Məcəlləsinin hazırlanma məqsədi ölkəmizdə haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsidir.
Özəl sektorun inkişafı üçün yeni mərhələ hesab edilən Rəqabət Məcəlləsinin üstünlükləri ondan ibarətdir ki, inhisarçılıq meyilləri azalacaq, biznes mühitinin cəlbediciliyi artacaq, azad rəqabət və əlverişli biznes mühiti investisiya qoyuluşlarını artıracaq. Ədalətli rəqabət məhsul və xidmətlərin keyfiyyətini yüksəldəcək. Bundan əlavə bazara giriş maneələrinin aradan qaldırılmasını təmin etməklə, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək. Beləliklə, bazar iştirakçılarının sayı çoxalacaq. Bu da birbaşa qiymətlərin ucuzlaşmasına gətirib çıxara bilər.

Sosial rifahın yüksəlməsinə xidmət edən bu məcəllə sayəsində məhsul və xidmətlərin çeşid seçim imkanı artdığı üçün istehsalın və təklifin artması səbəbindən qiymətlər ucuzlaşacaq. Eləcə də, bu qanunla istehlakçıların hüquqlarının müdafiəsi güclənəcək.
Məlum məsələdir ki, hələ də ölkəmizdə işsiz şəxslər var. Qanunun daha bir üstünlüyü yeni iş yerlərinin açılmasıdır. Nəticədə yüzlərlə şəxs bu qanunun tətbiqi nəticəsində yaranan yeni iş yerlərində çalışaraq evlərinə çörək aparacaq.
Göründüyü kimi Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məcəllənin müsbət təsirləri azad olunmuş ərazilərimizin də inkişafından yan ötməyəcək. Rəqabət Məcəlləsinin tətbiqi sayəsində azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması prosesi daha da sürətlənəcək.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





