İqtisadiyyat

Azərbaycanda minimum əməkhaqqı artırılır?

25 Sentyabr 2023 09:28
Baxış: 2 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Minimum əmək haqqının artırılması və bütövlükdə sosial təminatın gücləndiirlməsi sosial siyasətin əsas prioritetlərindəndir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

"2023-cü ilin yanvarından minimum əməkhaqqı 345 manata qədər artırıldı. İlk dəfə olaraq minimum əməkhaqqı 200 dollarlıq həddi keçdi. Son 4 ildə Azərbaycanda minimum əməkhaqqı 2,9 dəfə artırılıb. Ümumiyyətlə sosial təminatın güclənidirilməsi sosial siyasətin əsas səbəblərindəndir. Bu səbəbdən 2024-cü ildə də sosial paketin genişlənidirilməsi və sosial proqramlara daha çox vəsaitin ayrılacağını gözləyirik",- deyə deputat əlavə edib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3% və 8,6% çoxdur. Gələn il, həmçinin, orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4% çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.