Kapital Bank-ın dəstəyi ilə “Qırmızı Ürəklər” Fondu “Xəzəri Qoruyaq” aksiyasında iştirak etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə 16 Sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar ənənəvi olaraq hər il "Xəzəri qoruyaq!" şüarı altında keçirilən irimiqyaslı təmizlik aksiyası baş tutdu. Aksiyaya Kapital Bank-ın dəstəyi ilə Qırmızı Ürəklər Fondu da qoşuldu. Layihə çərçivəsində bankın əməkdaşlarından ibarət Fondunun könüllüləri Xəzərin Bilgəh sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak etdilər.
10 ildən çoxdur mütəmadi keçirilən aksiyaya 1000-ə yaxın könüllü qoşuldu. Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada "Xəzəri qoruyaq" şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Aksiyalar zamanı toplanan tullantıların miqdarı barədə məlumatlar "Ocean Conservancy" beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Qeyd edək ki, "Qırmızı Ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)





