Dövlət və özəl qurumların iştirakı ilə növbəti ictimai müzakirə audit və qiymətləndirmə fəaliyyətinə həsr olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə "Audit və qiymətləndirmə fəaliyyəti" mövzusunda ictimai müzakirə təşkil olunub.
Agentlikdən verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyaların nümayəndələri və sahibkarlar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov şəffaflığın təmin olunmasında müstəqil audit və qiymətləndirmənin xüsusi rol oynadığını, ictimai müzakirənin bu sahədə fəaliyyət göstərən KOB subyektlərinin gözləntilərinin və qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov audit və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan KOB subyektlərinin Agentliyin bir sıra dəstək və xidmətlərindən istifadə etdiyini qeyd edib. Bildirilib ki, Agentlik tərəfindən KOB-ların uçot və hesabatlılığını sadələşdirən proqram təminatı layihəsinə qrant vəsaiti ayrılıb, onlayn mühasibat uçotu proqramına "Startap" şəhadətnaməsi verilib. Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən KOB-lar üçün mütəmadi olaraq vergi, maliyyə və qeyri-maliyyə, uçot qaydaları mövzularında təlim və məsləhət xidmətləri göstərilir. KOBİA sədri beynəlxalq qiymətləndirmə standartlarının təbliği və qiymətləndiricilərin bu sahədə maarifləndirilməsi üçün tədbirlərin keçirilməsi, "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun təkmilləşdirilməsi barədə fikirlərini də diqqətə çatdırıb. Qeyd edilib ki, hesabatlarında uyğunsuzluq aşkar edilən vergi ödəyicilərinin əksəriyyəti mikro və kiçik sahibkarlardır. Bu onların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmamasından, hesabat prosesinə peşəkar mühasibləri və auditorları cəlb edə bilməmələrindən irəli gəlir. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda uçot və hesabat formaları daha da sadələşdirilməlidir. Auditin inkişafı və mövcud problemlər barədə KİV-də tanıtım materiallarının verilməsi və müzakirələrin keçirilməsi də KOB-ların bu sahədə maarifləndirilməsinə dəstək ola bilər. Peşəkar audit və qiymətləndiricilərin yetişdirilməsi üzrə kursların və tədris proqramlarının hazırlanması müvafiq sahədə keyfiyyət göstəricilərinin yüksəlməsinə təkan verəcəkdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov şəffaflığın artırılmasında auditin rolunun yüksəldilməsi, auditor xidmətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq audit standartlarının tam tətbiqinə keçilməsi, daxili audit xidmətinin və auditorların fəaliyyətinə dair nəzarət sistemlərinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc müvafiq sahədə mövcud vəziyyət, ictimai birliyin fəaliyyəti barədə fikirlərini bölüşüb.
Tədbir çərçivəsində audit və qiymətləndirmə fəaliyyətinin biznesin inkişafında rolu və bu fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
XƏBƏR LENTİ
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)





