Moldovanın Baş nazirinin müavini “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Moldova tərəfindən həmsədri Andrey Spinu "Bakı KOB evi"ndə olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Baş nazirin müavini Andrey Spinuya KOB evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, KOB evi konsepsiyasının mahiyyəti sahibkarlara göstərilən xidmətləri vahid məkanda toplamaqla biznes subyektlərinin vaxtına və əməliyyat xərclərinə qənaət etməkdir. 2023-cü ilin yanvar ayında istifadəyə verilmiş "Bakı KOB evi"ndəki xidmətlədən artıq 1200-dən çox sahibkar faydalanıb.
Andrey Spinu "Bakı KOB evi"nin fəaliyyətindən məmnunluğunu ifadə edib, bunun sahibkarlara xidmət sahəsində əhəmiyyətli model olduğunu bildirib.
Sonra Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib. Görüşdə KOBİA-nın Moldovanın müvafiq qurumları ilə sahibkarlıq sahəsində əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Hər iki ölkənin biznesləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək təşəbbüslərin dəstəkləndiyi ifadə edilib, bu məqsədlə birgə platformanın yaradılması imkanları, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, iş adamlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüş Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenkonun iştirakı ilə keçirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz





