İqtisadiyyat

Bu sahədə fəaliyyət göstərən sahibkarlar qeydiyyat üçün “Bakı KOB Evi”nə müraciət edə bilərlər

2 Fevral 2023 11:50
Baxış: 833
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən biznes subyektlərinə göstərilən müxtəlif xidmətlərlə bağlı "Bakı KOB evi"nə müraciət edə bilərlər.

KOBİA-dan Milli.Az-a bildirilib ki, AQTA tərəfindən "Bakı KOB evi"ndə sahibkarlara qida obyektlərinin qeydiyyatı və təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinin qeydiyyatı və dövlət reyestrindən çıxarışın verilməsi xidməti göstərilir.

Bundan əlavə, sahibkarlar qeydiyyat və təsdiqin yenidən rəsmiləşdirilməsi, dayandırılması və ləğv edilməsi ilə bağlı da "Bakı KOB evi"nə müraciət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.