Azərbaycanda mobil internet bahalaşacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə növbəti aydan etibarən mobil operatorların internet trafikinə görə tətbiq edilən tarifləri yüksəldəcəyi ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı "Azercell Telekom" MMC tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, internet trafikinə görə tətbiq edilən tariflərin artırılması nəzərdə tutulmayıb.
"Əksinə, şirkətimiz "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə sadiq qalaraq abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün bir sıra mühüm layihələr üzərində çalışır.
"Azercell Telekom" MMC ötən ilin avqust ayında start verdiyi şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi çərçivəsində cəmi 5 ay ərzində ölkə boyunca 100-dən çox yeni 4G baza stansiyasını quraşdırıb, 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri görüb. 2022-ci ildə lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 6% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində internet trafikinin həcmində 40% artım müşahidə edilib.
Eyni zamanda, Azercell istər fərdi, istərsə də korporativ abunəçilərinə təqdim etdiyi xidmətlərin və tariflərin keyfiyyətinin daha da yüksəldilməsi, onların ən innovativ və qabaqcıl xidmət və tariflər ilə təmin edilməsi üçün rəqəmsal məhsullar portfelini optimallaşdırır. Xatırladaq ki, ötən ilin oktyabr ayında "Azercell Telekom" MMC Azərbaycan bazarına ilk rəqəmsal tarifi- İstəsən tarifini gətirdi. Lider mobil operator abunəçilərinə fərdi ehtiyac və istəklərinə uyğun olaraq danışıq dəqiqələrini, internet balansını, müvafiq sosial şəbəkələr üçün əlavə internet balansını müəyyən edib unikal tarif paket yaratmaq imkanı verdi", - deyə məlumatda qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)





