Bank Respublika 2022-ci ildə tarixinin ən yüksək nəticələrini əldə edib!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, bütün göstəricilərdə artım nümayiş etdirib və tarixinin ən yüksək nəticələrini əldə edib!
2023-cü il yanvarın 1-nə Bankın aktivləri 29% artaraq 1,58 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 22% artaraq 127,47 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfədən çox üstələmişdir.
Ötən illə müqayisədə Bankın xalis faiz gəlirləri 49%-dən çox artaraq 84,8 milyon manata, xalis əməliyyat mənfəəti 2 dəfədən çox artaraq 33,28 milyon manata, xalis mənfəəti isə 37 % artaraq 26,65 milyon manata çatıb.
12 ayın yekunlarına əsasən, Bankın depozit və kredit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə bankın depozit portfeli 21% artmışdır ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
Ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
"Biz çox şadıq ki, 30 illik yubiley ilində Bank Respublika tarixinin ən yüksək nəticələrini əldə edə bildi. Bu müddət ərzində Bank Respublika Azərbaycanın maliyyə-kredit sistemində öz yerini möhkəm tutmuş etibarlı maliyyə institutu kimi özünü təsdiq etmişdir. Bu nəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə komandamıza, bütün müştərilərimizə və partnyorlarımıza öz dərin təşəkkürümü bildirmək istərdim! Bank Respublika qüsursuz fəaliyyəti, yüksək xidmət keyfiyyəti və rəqəmsal məhsul və xidmətlərinin tətbiqinin artırılması ilə gələcəkdə də ona göstərilən etimadı doğruldaraq dinamik inkişafını davam etdirəcək", - deyə Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif





