“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"The Banker" ABB-ni "İlin bankı" elan etdi!
Maliyyə dünyasının tanınmış nəşrlərindən olan "The Banker" jurnalı 2022-ci ilin nəticələrinə görə "İlin bankı" mükafatının qaliblərinin siyahısını elan edib. Azərbaycan üzrə "İlin bankı" nominasiyasına ABB layiq görülüb.
|
Adı çəkilən nəşrin bununla bağlı yaydığı açıqlamada ABB-nin yüksək mükafata layiq görülməsi gənc mütəxəssislər üçün rəqəmsal bankçılıq və İT təlimləri istiqamətində aparılan işlər, rebrendinq layihəsinin uğurla həyata keçirilməsi və Bankın kapital mövqeyinin güclənməsi ilə izah olunur. |
2019-cu ilin sonunda ABB Tech akademiyasının fəaliyyətə başlaması Bankın ölkəmizin gələcəyinə töhfəsidir. Akademiya Azərbaycanın əmək bazarı üçün informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislər yetişdirir. ABB Tech Academy-nin təlim proqramlarına back-end, front-end, veb və mobil tərtibat, kibertəhlükəsizlik, maşın öyrənməsi, məhsul sahibliyi və s. kimi önəmli istiqamətlər daxildir. ABB korporativ innovasiya layihəsi kimi ABB İnnovasiya Mərkəzini də yaradıb. Mərkəz ideyalarını biznesə çevirmək istəyən, erkən mərhələdə olan startaplar üçün mühüm inkubator kimi özünü təsdiqləyib. İndiyədək 22 startap bu Mərkəzin inkubasiya programında yetişdirilib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "İlin bankı" mükafatına layiq görülməyimiz beynəlxalq məkanda da ABB-nin uğurlarına verilmiş yüksək obyektiv qiymətdir. Yeni hədəflərə doğru yolumuzda bu, bizi daha da ruhlandırır. Bankımızın nailiyyətlərində böyük rolu olan bütün tərəfdaşlarımıza, müştərilərimizə və əməkdaşlarımıza minnətdarlığımızı bildiririk".
2022-ci il üzrə "İlin bankı" mükafatına layiq görülmüş banklar sırasında Raiffeisenbank, UniCredit Bank, BBVA kimi nüfuzlu banklarda yer almışdır. Daha ətraflı siyahı ilə buradan tanış olmaq mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)





