İqtisadiyyat

“Fitch Ratings” Azərbaycanın beynəlxalq kredit reytinqini yüksəltdi

22 Oktyabr 2022 13:00
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 21-də "Fiç Reytingz" (Fitch Ratings) beynəlxalq kredit reyting agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini "BB+" səviyyəsində bir daha təsdiq edərək proqnozu "sabit"dən "pozitiv"ə yüksəldib.

Nazirlikdən verilən məlumata görə, Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın güclü fiskal mövqeyi, aşağı suveren borcu, yüksək neft və qaz qiymətləri nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivləri ölkənin reytinq üzrə proqnozunun artırılmasını şərtləndirib.

Reytinq üzrə proqnozun "sabit"dən "pozitiv"ə yüksəldən agentlik Azərbaycan Respublikasının xalis suveren aktivlərini 2022-2024-cü illərdə 14,3 faiz artaraq ÜDM-in 77,6%-nə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.

Agentliyin press-relizində qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə ÜDM-in 2%-i həcmində kapital qoyuluşları, habelə yüksək inflyasiya şəraitində artan sosial xərcləri də nəzərə aldıqda, yenilənmiş neft qiyməti proqnozu və qaz qiymətlərinin müəyyən müddət yüksək qalacağı ilə bağlı gözləntilər nəzərə alınaraq 2023-cü ildə icmal büdcənin profisiti son hesabatdan bəri 1,5 faiz artırılaraq ÜDM-in 6,7%-nə bərabər olacağı gözlənilir.

Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və yüksək infilyasiya şəraitində "Fiç Reytingz" tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin "BB+" səviyyəsində bir daha təsdiq olunaraq proqnozun "sabit"dən "pozitiv"ə yüksəldilməsi ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.