İqtisadiyyat

“Zara” Rusiyadakı mağazalarını satır

20 Oktyabr 2022 23:31
Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Inditex" qrupu ("Zara", "Massimo Dutti", "Pull & Bear", "Oysho", "Bershka", "Stradivarius" brendlərinin sahibi) Rusiyadakı hazır geyim mağazalarını Livanın "Azadea" qrupuna satmaq imkanını müzakirə edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Azadea"nın  artıq Əlcəzair, Bəhreyn, Oman və Qətər kimi ölkələrdə "Inditex" franşizası var. Livan qrupu Rusiyada İspan mağazalar şəbəkəsinin alınması məsələsini öyrənmək üçün komanda yığmağa başlayıb.

Bildirilib ki, "Inditex" 31 yanvar 2023-cü ilə qədər Rusiyada mövcudluğu ilə bağlı qərar verməlidir.

İspan şirkətinin mətbuat xidməti Rusiyadakı biznesi ilə bağlı maraqlı tərəflərlə danışıqlar faktını təsdiqləyib.

Qeyd edək ki, "Inditex" ispaniyalı Amansio Orteqa tərəfindən yaradılıb və 100-ə yaxın ölkədə 7 mindən çox mağazası var. Şirkət hələ mart ayında Rusiya ərazisində fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.