İqtisadiyyat

ABŞ Rusiyaya növbəti sanksiya tətbiq etdi

20 Oktyabr 2022 08:44
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hökuməti Rusiyanın bir vətəndaşına, həmçinin Almaniya və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki şirkət daxil olmaqla Rusiya əleyhinə növbəti sanksiyaları tətbiq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs və şirkətlər Amerika istehsalçılarından hərbi və milli təhlükəsizliyə həssas ikili istifadə texnologiyalarının alınması və onların Rusiyada son istifadəçilərə çatdırılması ilə məşğul olub.

Məhdudiyyətlər Yuri Orexovaya məxsus "Nord-Deutsche Industrieanlagenbau GmbH" və "Opus Energy Trading LLC" şirkətlərinə qarşı tətbiq edilib.

Sanksiya siyahısına düşmək ABŞ-dakı aktivlərin dondurulması, Amerika vətəndaşlarına və ya şirkətləri ilə iş aparmasına qadağa qoyulması deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.