İqtisadiyyat

Azərbaycan qazı Avropanın cənubunda enerji xəritəsini tam dəyişdirə bilər - Oksford institutu

6 Oktyabr 2022 11:10
Baxış: 535

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) tikilməkdə olan digər infrastrukturla birlikdə Cənubi Avropanın qaz xəritəsini tamamilə dəyişə bilər.

Bunu Trend-ə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) baş elmi işçisi Culian Bouden deyib.

"Bu, nisbətən kiçik interkonnektordur, ilkin gücü ildə 3 milyard kubmetrdir və kompressor stansiyasının tikintisi hesabına 5 milyard kubmetrə qədər genişləndirilə bilər. Bu, Azərbaycan qazının Yunanıstandan Bolqarıstana birbaşa nəqlinə imkan verəcək", - ekspert bildirib.

C.Bouden hesab edir ki, IGB fiziki infrastruktur, normartiv dəyişikliklər və ölkələrin hər birində regional ötürmə sistemi operatorları arasında əməkdaşlıq baxımından bölgədəki ümumi dəyişikliklərin bir hissəsi kimi qəbul edilməlidir.

"Bu kontekstdə Yunanıstanın şimalındakı Aleksandrupolisdə mayeləşdirilmiş təbii qaz terminalının tikintisinin 2023-cü ilin sonunda başa çatdırılması vacib əhəmiyyət daşıyır, çünki o, IGB ilə birlikdə qazın Bolqarıstana nəqli üçün istifadə olunacaq. Hazırda terminalın tikintisində irəliləyiş var və işlərin 2023-cü ilin sonuna qədər başa çatdırılması real görünür. Terminalın gücü ildə 5 milyard kubmetrdən çox olacaq. Bu yeni terminal, eləcə də Revitusdakı mövcud terminal böyük miqdarda mayeləşdirilmiş təbii qaz Yunanıstan və Bolqarıstana daşınmasına imkan verəcək. Bu, çox güman ki, IGB-nin buraxılış gücünün 5 milyard kubmetrə qədər genişlənməsini sürətləndirəcək", - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, hazırda Yunanıstanda qaza tələbat ildə təxminən 6 milyard kubmetr, Bolqarıstanda isə ildə 3,5 milyard kubmetr təşkil edir.

"Bu iki terminal (Revitus və Aleksandrupolis) bizə bu tələbatı mayeləşdirilmiş təbii qazla tam ödəməyə imkan verəcək. Əgər biz Azərbaycandan boru xətti qazını da əlavə etsək, o zaman qazın idxalı və Bolqarıstana və onun hüdudlarından kənara nəqli üçün indi kifayət qədər imkanlar var. Strateji baxımdan, biz bu ölkələrin Rusiya qazını tədarük mexanizmlərindən sıxışdırıb çıxarmaq və ya tam aradan qaldırmaq potensialını görürük", - C.Bouden bildirib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics